Bu ölkə Rusiyaya hərbçi göndərir
17 Aprel 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1053
21.01.2026, 20:49
Türkiyənin Qartalqaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən güclü yanğından bu gün bir il ötür.
Oxu24.com xəbər verir ki, 34-ü uşaq olmaqla 78 nəfərin həyatına son qoyan, 133 nəfərin yaralanması ilə nəticələnən otel yanğını dünya tarixində ən ölümcül otel yanğınlarından biri oldu .
Ölkəni matəmə çuğlayan bu faciə 12 mərtəbəli Grand Kartal Otelinin dördüncü mərtəbəsindəki mətbəxdən , yerli vaxtla saat 03:21-də başlayan yanğınla alışdı. Alov sürətlə aşpazların qonaqlar üçün səhər yeməyi hazırladığı mətbəxdən bütün otaqlara sıçradı. Yanğını söndürmək əvəzinə aşpazlar çaxnaşma içində küçəyə qaçıb, alov tez bir zamanda otelin bütün mərtəbələrinə yayılıb. Oteldə yanğın siqnalı söndürülü olub.
Yanğınla bağlı aparılan istintaq çərçivəsində 19 nəfər həbs edildi. Onların arasında otelin sahibi, meneceri, kurortun yaxınlığında yerləşən Bolu şəhərinin meriyasının nümayəndələri, Balu bələdiyyəsi sədrinin müavini də vardı.
Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub. Sağ qalanlar otelin yanğın siqnalizasiyasının işə düşmədiyini və yanğın çıxışlarının və ya tüstü detektorlarının olmadığını danışdılar. Bəzi insanlar çarşafları və yorğanları bir-birinə bağlayaraq və pəncərələrindən çıxaraq oteldən qaçmağı bacardılar.
22 yanvar isə Türkiyədə milli matəm günü elan edildi.
Xatırladaq ki, otel yanğınları Türkiyədə dəfələrlə baş verib. 1983 və 1996-cı illərdə İstanbul Laləlidəki otellərdə baş verən yanğınlarda toplam 53 nəfər həlak olub.
Amma dünyada dəhşətli nəticəsi olan otel yanğınında ilk yer 25 dekabr 1971-ci ildən Koreyanın payına düşür. Paytaxt Seul şəhərindəki “Daeyeonggak Hotel”də baş verən yanğın dünyanın ən ölümcül otel yanğınlarından biri sayılır. Yanğın zamanı 191 nəfər həlak lub, çox sayda insan yaralanıb.
Əntiqə Rəşid
Həmçinin oxuyun
00:43 / 18 Aprel 2026
7
00:02 / 18 Aprel 2026
52
23:45 / 17 Aprel 2026
47
23:43 / 17 Aprel 2026
255
23:41 / 17 Aprel 2026
44
23:39 / 17 Aprel 2026
172
23:35 / 17 Aprel 2026
156
23:29 / 17 Aprel 2026
73
23:10 / 17 Aprel 2026
251
23:07 / 17 Aprel 2026
685
22:40 / 17 Aprel 2026
153
22:31 / 17 Aprel 2026
71
22:24 / 17 Aprel 2026
1706
22:21 / 17 Aprel 2026
93
22:21 / 17 Aprel 2026
53
22:19 / 17 Aprel 2026
46
22:12 / 17 Aprel 2026
67
22:08 / 17 Aprel 2026
82
21:59 / 17 Aprel 2026
68
21:57 / 17 Aprel 2026
52
21:51 / 17 Aprel 2026
61
21:48 / 17 Aprel 2026
196
21:34 / 17 Aprel 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.