Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
655
21.01.2026, 20:37
Son dövrlər bir çox insan sosial şəbəkələrdə, yaxın çevrəsində və ya mediada hər hansı xəstəlik haqqında məlumat eşitdikdən sonra həmin əlamətləri özündə axtarmağa başlayır. Davamlı olaraq həkim müayinələrinə getmək, analizlər verdirmək, lakin bütün nəticələr normal olduğu halda yenə də narahatlığın keçməməsi psixoloji gərginliyi daha da artırır. Bu hal zamanla insanı həm fiziki, həm də mənəvi cəhətdən yorur və gündəlik həyat keyfiyyətini aşağı salır.
Mövzu ilə bağlı nevroloq Röyanə Quluzadə Oxu24.com-a bildirib ki, sadalanan bu əlamətlər ipoxondrik nevroz adlanan psixonevroloji pozuntuya xasdır. Onun sözlərinə görə, ipoxondrik nevrozu olan insanlar eşitdikləri xəstəlikləri, qohumlarında və ya ətrafındakı insanlarda müşahidə olunan əlamətləri özlərində axtarmağa başlayırlar.
Həkim qeyd edir ki, bu şəxslər dəfələrlə müxtəlif müayinələrdən keçsələr də, nəticələr normal çıxsa belə, sağlam olduqlarına inanmaqda çətinlik çəkirlər. Daim hansısa ciddi xəstəliyin onlarda mövcud olduğu fikri onları tərk etmir və bu, narahatlıq hissini daha da gücləndirir.
Röyanə Quluzadənin sözlərinə görə, ipoxondrik nevrozdan qurtulmağın əsas yolu məhz bu pozuntuya yönəlmiş düzgün müalicədir. Bu prosesdə psixoloqla aparılan psixoloji korreksiya, mütəmadi psixoloji dəstək və tövsiyələr mühüm rol oynayır. Eyni zamanda, həkim tərəfindən təyin olunan nevrozəleyhinə dərman müalicəsi də effektiv nəticə verir.
Nevroloq vurğulayır ki, uzun müddət fərqli həkimlərin qapısını döymək, eyni müayinələri təkrar-təkrar etdirmək həm maddi, həm də psixoloji baxımdan əlavə yük yaradır. Vaxtında düzgün diaqnoz qoyulub müalicəyə başlanarsa, ipoxondrik nevrozun əlamətlərindən xilas olmaq mümkündür. Bunun üçün isə əsas şərt problemi qəbul etmək və nevrozun müalicəsinə yönəlməkdir.
Hazırladı: Jalə
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.