Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
14 Noyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1309
21.01.2026, 20:16
Azərbaycan kinosunun unudulmaz simalarından olan, “Arşın mal alan” filminin şən və qayğısız Asiyası kimi tanıdığımız Xalq artisti Xuraman Hacıyevanın pərdəarxası həyatı böyük bir faciə imiş.
Oxu24.com xəbər verir ki, sənətdə zirvələri fəth edən aktrisanın şəxsi həyatı vətəndaş nikahı, övlad tərəfindən tərk edilmə və evsizliklə dolu ağır sınaqlardan keçib. Sənətkarın son günlərinə qədər davam edən bu dramatik ömür yolu, gözlənilməz və sarsıdıcı bir sonla bitib.
Xuraman Hacıyeva 1945-ci il martın 7-də Bakıda dünyaya gəlib.
Orta məktəbdə dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Dram Teatr İnstitunda aktyorluq fakültəsinə daxil olub.
İkinci kursda oxuyanda “Arşın mal alan” bədii filmində Asiya roluna çəkilib.
1966-cı ildə isə təhsilibi yarım qoyaraq Gəncəyə gedib və orada dram teatrında aktrisa işləməyə başlayıb.
Gəncədəki Dövlət Pedaqoji İnstitunun tarix-filologiya fakültəsini bitirib.
1972-ci ildə isə Bakıya gələrək Gənc Tamaşaçılar Teatrında truppasına daxil olub.
Daha sonra Teatr Universitetinin ikinci kursunda oxuyanda “Arşın mal alan” filminin çəkilişlərində iştirak edib.
Dərsə davamiyyəti zəif olduğu üçün universitetdən xaric olunur.
Atası hüquqşünas, anası isə evdar qadın olub. Bacı-qardaşlarının içində incəsənətə təkcə Xuraman üz tutub. Lakin ailəsi aktrisa olmasına razı olmayıb.
Kino ilə yanaşı teatr aktrisası olan Xuraman Hacıyeva səhnədə öz rolunu təbii ifadə etməkdən çəkinməyib. Xüsusən sevgi səhnələrində o, kişi aktyorların rola çəkilməsinə müvafiq olaraq, onun səmimi və təbii davranışları şərait yaradıb. Digər aktrisalardan fərqli olaraq kişi aktyorlarına rol gərəyi ona toxunmaqlarına və əlindən tutmaqlarına icazə verib.
Aktyor dostu Tarıyel Qasımovla bir-birilərinə qarşı isti münasibətləri olub.
Aktrisa Gəncədə yaşayarkən bir nəfərlə vətəndaş nikahında olub. Onun bu nikahdan bir qızı dünyaya gəlib. Aktrisa qızını təkbaşına böyüdüb. Deyilənə görə, elə aktrisanın ölümünə səbəb onun qızı olub.
Belə ki, onun qızı türk vətəndaşı ilə ailə həyatı qurub. Kürəkəninin xahişi ilə evini satan Xuraman xanım bir müddət Türkiyədə yaşasa da, sonradan vətənə qayıdır və evsiz qalır. Bu əhvalat ona çox pis təsir edir. Qızı ilə tez-tez mübahisələr edir.
Günlərin birində isə qızı onu tərk edərək Türkiyəyə gedir. Tək qalan aktrisa çox əsəbiləşir. Qızının onu tərk edib getməsi ona böyük zərbə vurur. Aktrisa infarkt keçirir.
Türkiyədən qayıtdıqdan sonra evi olmadığı üçün bir il yarım rəfiqəsi və həmkarı Məsuma Babayevanın evində qalır.
Daha sonra Bakıya qayıdan qızının ailəsi ilə birgə kirayədə yaşayırlar. Deyilənə görə, kürəkəni məşhur olduğu üçün onu tez-tez maddi baxımdan ailəyə kömək etməkdə günahlandırırdı.
“Sən tanınmış adamsan, evə pul tap, gətir”,-deyirmiş.
Aktrisa isə qızının ailəsində söz-söhbət olmasın deyə, məcbur qalıb, yaxınlarından borca pul istəyirmiş.
Xuraman Hacıyeva 2005-ci il fevralın 5-də işdən evə qayıdarkən qəfildən ürəyi tutur, küçədə yerə yıxılır. Küçədəki insanlar onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. O, 59 yaşında vəfat edir…
Çimnaz Telmanqızı
16:05 / 14 Noyabr 2026
19
15:45 / 14 Noyabr 2026
62
15:27 / 14 Noyabr 2026
201
15:25 / 14 Noyabr 2026
84
15:07 / 14 Noyabr 2026
160
15:05 / 14 Noyabr 2026
98
14:44 / 14 Noyabr 2026
126
14:31 / 14 Noyabr 2026
99
14:24 / 14 Noyabr 2026
493
14:19 / 14 Noyabr 2026
102
14:15 / 14 Noyabr 2026
96
14:09 / 14 Noyabr 2026
237
13:50 / 14 Noyabr 2026
2236
13:48 / 14 Noyabr 2026
125
13:16 / 14 Noyabr 2026
121
13:03 / 14 Noyabr 2026
108
12:49 / 14 Noyabr 2026
136
12:25 / 14 Noyabr 2026
127
12:09 / 14 Noyabr 2026
135
11:58 / 14 Noyabr 2026
131
11:50 / 14 Noyabr 2026
119
11:39 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.