Prezident qərar imzaladı - Onlar bu qədər təqaüd alacaq
11 May 2026, 15:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4943
21.01.2026, 20:24
Ailə modelində atanın rolu artıq sadəcə “evə çörək gətirən” obrazından çıxaraq, övladın ilk günlərindən onun yanında olan həmsöhbət və dəstəkçiyə çevrilir. Azərbaycanda əmək qanunvericiliyində edilən son dəyişiklik də məhz bu fəlsəfəyə söykənir.
Artıq atalar övladlarının dünyaya gəlişinin ilk həyəcanını iş qayğılarından uzaq, dövlət tərəfindən təmin olunan xüsusi imtiyazla yaşayacaqlar. Bu yenilik həm də Azərbaycanın beynəlxalq əmək bazarındakı yerini möhkəmləndirən mühüm bir islahatdır.
Xəbər verdiyimiz kimi, uşağın doğulması ilə əlaqədar kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək.
Mövzu ilə bağlı Oxu24.com-un sorğusuna Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov cavab olaraq bildirib ki, qanunvericiliyə yeni daxil edilən - uşağının doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi ilə bağlı norma gender bərabərliyinin təmin edilməsi məqsədini daşıyır:
“Yeni qaydaya əsasən dövlət və ya özəl sektorda işləməsindən asılı olmayaraq uşağı doğulan kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.
Bu dəyişiklik Dünya Bankının Qadın, Biznes və Hüquq üzrə hesabatında “Valideynlik” indikatorunun yaxşılaşdırılması ilə bağlı verilən tövsiyə nəzərə alınmaqla Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına uyğun olaraq edilmişdir”,-deyə Fazil Talıbov bildirib.
Çimnaz Telmanqızı
15:49 / 11 May 2026
10
15:38 / 11 May 2026
96
15:30 / 11 May 2026
10894
15:22 / 11 May 2026
33
15:20 / 11 May 2026
32
14:59 / 11 May 2026
46
14:52 / 11 May 2026
61
14:47 / 11 May 2026
251
14:45 / 11 May 2026
173
14:43 / 11 May 2026
89
14:23 / 11 May 2026
1133
14:11 / 11 May 2026
216
14:08 / 11 May 2026
81
13:42 / 11 May 2026
76
13:30 / 11 May 2026
100
13:25 / 11 May 2026
197
13:14 / 11 May 2026
65
12:50 / 11 May 2026
563
12:46 / 11 May 2026
67
12:37 / 11 May 2026
65
12:36 / 11 May 2026
69
12:18 / 11 May 2026
108
12:07 / 11 May 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.