Qadının gəncliyi, nə qədər yaşayacağı dəmir deposundan asılıdır
26 May 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
541
08.10.2025, 11:29
“mygov” platformasında vətəndaşların işlərini rahatlaşdıran yeni xidmət istifadəyə verilib. Artıq “Əmək müqaviləsinin imzalanması” xidməti platformada əlçatandır. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.
Xidmət çərçivəsində işəgötürən tərəfindən göndərilmiş əmək müqavilələri istər yeni işə qəbul zamanı, istərsə də mövcud müqavilələrdə dəyişiklik olduqda vətəndaşlar tərəfindən birbaşa “mygov” platformasında imzalana biləcək.
Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:
Portalda “Məşğulluq” kateqoriyasından “Əmək müqaviləsinin imzalanması” xidmətinə daxil olunur.
İmzalanmalı müqavilə mövcuddursa, siyahıda göstərilir, əks halda bu barədə mesaj əks olunur.
Müqavilə seçilir və təqdim edilən məlumatlarla tanış olunur.
“İmzala” düyməsinə klik edilərək müqavilə SİMA İmza vasitəsilə təsdiqlənir.
Bununla yanaşı, əgər vətəndaşın yeni əmək müqaviləsi varsa, bu barədə ona “mygov” üzərindən bildiriş göndərilir və vətəndaş həmin bildirişdən birbaşa keçid edərək müqaviləni imzalaya bilir.
Yeni xidmət əməkdaşların müqavilə imzalama prosesini daha sürətli və rahat şəkildə həyata keçirməsinə şərait yaradacaq.
Qeyd edək ki, “mygov” platformasının əsas məqsədi dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq vasitəsilə vətəndaşlara zəruri dövlət xidmətlərini vahid platformadan təqdim etməkdir.
00:45 / 26 May 2026
87
00:09 / 26 May 2026
110
00:04 / 26 May 2026
228
23:56 / 25 May 2026
313
23:50 / 25 May 2026
160
23:42 / 25 May 2026
201
23:41 / 25 May 2026
222
23:39 / 25 May 2026
221
23:36 / 25 May 2026
84
23:34 / 25 May 2026
472
23:26 / 25 May 2026
184
23:24 / 25 May 2026
139
23:22 / 25 May 2026
97
23:17 / 25 May 2026
94
23:13 / 25 May 2026
74
23:12 / 25 May 2026
84
23:07 / 25 May 2026
89
23:04 / 25 May 2026
81
23:01 / 25 May 2026
155
22:57 / 25 May 2026
100
22:54 / 25 May 2026
86
22:49 / 25 May 2026
95
22:48 / 25 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.