17 noyabrla bağlı XƏBƏRDARLIQ
16 Noyabr 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
789
06.10.2025, 20:36
Azərbaycanda əlilliyi müəyyən olunmuş daha bir qrup şəxsə və şəhid ailəsinə yeni mənzillər veriləcək.
Oxu24.com xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi bununla bağlı müvafiq hazırlıqlara başlayıb.
Belə ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq kateqoriyaya aid şəxslərə Tərtər rayonunda 4 ədəd üçotaqlı, Bərdə rayonunda 8 ədəd üçotaqlı, Neftçala rayonunda 20 ədəd üçotaqlı, Salyan rayonunda isə 9 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı yeni mənzillər veriləcək.
Məlumata görə, əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin satın alınmasına isə 4,4 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindəndir. Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər mütəmadi olaraq, mərhələli şəkildə davam etdirilir. Bu diqqət və qayğının nəticəsi olaraq, indiyədək xeyli sayda ailə yeni mənzillərlə təmin olunub.
16:33 / 16 Noyabr 2026
27
16:25 / 16 Noyabr 2026
44
16:17 / 16 Noyabr 2026
50
16:12 / 16 Noyabr 2026
82
16:08 / 16 Noyabr 2026
92
15:45 / 16 Noyabr 2026
64
15:18 / 16 Noyabr 2026
101
15:00 / 16 Noyabr 2026
97
14:30 / 16 Noyabr 2026
145
14:24 / 16 Noyabr 2026
108
14:19 / 16 Noyabr 2026
148
14:14 / 16 Noyabr 2026
110
14:10 / 16 Noyabr 2026
143
14:05 / 16 Noyabr 2026
112
14:00 / 16 Noyabr 2026
106
13:51 / 16 Noyabr 2026
154
13:47 / 16 Noyabr 2026
638
13:41 / 16 Noyabr 2026
135
13:40 / 16 Noyabr 2026
124
13:38 / 16 Noyabr 2026
361
13:35 / 16 Noyabr 2026
106
13:22 / 16 Noyabr 2026
152
13:16 / 16 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.