Cəmi 1 ilə məhsul verir - Qazancı milyonlarladır
26 May 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
996
06.10.2025, 17:24
Son günlər sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən "Sovetski" adlanan ərazidə guya arxitektur binaların sökülməsi ilə bağlı əsassız məlumatlar paylaşılır, bu cür paylaşımlar ictimaiyyəti çaşdırmaq və süni narazılıq yaratmaq məqsədi daşıyır.
Bu barədə Oxu24.com -a Baki şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Sovetski" ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub saxlanılır:
"Bu işlərin gedişinə nəzarət etmək üçün bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə xüsusi Komissiya da yaradılıb. Komissiya tərəfindən ərazidəki bütün arxitektur binaların tam siyahısı hazırlanıb. Hazırda yalnız istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilir. Bu proses tarixi binalara zərər yetirilmədən aparılır".
Məlumata əsasən, qəzalı binaların söküntüsü başa çatdıqdan sonra isə ərazidə yerləşən arxitektur tikililərin bərpası, restavrasiyası və özüllərin bərkidilməsi işlərinin görülməsi planlaşdırılır.
"Bir daha qeyd edirik ki, söküntü yalnız təhlükəli və yararsız vəziyyətdə olan binalara şamil olunur. Ərazidə yaşayan sakinlərə isə bazar dəyərinə uyğun kompensasiya ödənilir. "Sovetski"də aparılan bütün proseslər qanun çərçivəsində və xüsusi Komissiyanın nəzarəti altında həyata keçirilir", - məlumatda qeyd olunub.
08:25 / 26 May 2026
1
08:24 / 26 May 2026
6
08:07 / 26 May 2026
40
00:45 / 26 May 2026
115
00:09 / 26 May 2026
152
00:04 / 26 May 2026
332
23:56 / 25 May 2026
508
23:50 / 25 May 2026
215
23:42 / 25 May 2026
271
23:41 / 25 May 2026
246
23:39 / 25 May 2026
328
23:36 / 25 May 2026
121
23:34 / 25 May 2026
2055
23:26 / 25 May 2026
233
23:24 / 25 May 2026
171
23:22 / 25 May 2026
120
23:17 / 25 May 2026
132
23:13 / 25 May 2026
101
23:12 / 25 May 2026
119
23:07 / 25 May 2026
109
23:04 / 25 May 2026
111
23:01 / 25 May 2026
197
22:57 / 25 May 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.