Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
26 May 2026, 10:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1986
05.10.2025, 11:43
Azərbaycanda qazdan istifadə üzrə sabit tarif mexanizmi tətbiq ediləcək.
Bu barədə dəyişikliklər Milli Məclisdə qəbul olunan “Qaz təchizatı haqqında” qanunda öz əksini tapıb. Qanuna əsasən, qaz şəbəkəsinə qoşulmuş bütün sayğaclar üçün istehlakçılardan hər ay 1 manat məbləğində sabit ödəniş tutulacaq. Bu ödəniş qazdan istifadə edilməsindən asılı olmayaraq həyata keçirilməlidir. Qaydanın rəsmi olaraq 2026-cı ilin 1 yanvarından qüvvəyə minəcəyi nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, 2026-cı il ərzində əsasən texniki baza hazırlanacaq və sabit tarif mexanizmi faktiki olaraq 2027-ci ildən tətbiq olunacaq.
O qeyd edib ki, qaz və ya elektrik enerjisindən istifadə etməsən belə, qoşulma haqqı və texniki xidmətlərin göstərilməsi üçün hər ay müəyyən məbləğ tutulacaq. Həmçinin, qaz və digər kommunal ödənişlərin tariflərində dəyişikliklər gözlənilir:
"Hazırda bu məbləğin 1 manat olacağı bildirilir, lakin gələcəkdə artım ehtimalı var. Sabit tarif qaz infrastrukturunun saxlanması, texniki xidmətlərin göstərilməsi və şəbəkənin dayanıqlı fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub.
Qaz sayğaclarının işlək vəziyyətdə saxlanması, boru xətlərinin yoxlanılması və digər xidmətlərin maliyyələşdirilməsi məhz bu sabit ödəniş hesabına qarşılanacaq.
Artımlara gəldikdə isə çox güman ki, qaz və digər kommunal ödənişlərdə tarif dəyişiklikləri olacaq. Çünki biz bunu ildən ilə müşahidə edirik".
10:55 / 26 May 2026
1
10:50 / 26 May 2026
17
10:40 / 26 May 2026
80
10:35 / 26 May 2026
52
10:33 / 26 May 2026
43
10:16 / 26 May 2026
224
10:12 / 26 May 2026
63
10:04 / 26 May 2026
64
09:53 / 26 May 2026
64
09:47 / 26 May 2026
56
09:46 / 26 May 2026
137
09:45 / 26 May 2026
67
09:36 / 26 May 2026
260
09:31 / 26 May 2026
53
09:27 / 26 May 2026
220
09:23 / 26 May 2026
117
09:19 / 26 May 2026
63
09:17 / 26 May 2026
67
09:08 / 26 May 2026
110
08:57 / 26 May 2026
448
08:54 / 26 May 2026
75
08:52 / 26 May 2026
64
08:25 / 26 May 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.