Pensiya ilə bağlı VACİB XƏBƏR
25 Dekabr 2025, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1622
05.10.2025, 00:28
Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bir neçə gün öncə idman zalında infarkt keçirərək vəfat edib. Onun ölümü aktyorun pərəstişkarları və ictimaiyyət arasında hüzünlə qarşılanıb.
Aktyorun atası Qorxmaz İmanova oğlunun dini etiqadı ilə bağlı ünvanlanan suallara cavab vermək istəməyib.
Metbuat.az-ın məlumatına görə, əməkdar artist Cabir İmamovun atası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanovdur.
Qorxmaz İmanov 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib. 1964-1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb. 1968-ci ildə həmin İnstitutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə edib. 1968-1969-cu illərdə Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi vəzifəsində işləyib. 1969–1971-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışıb. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə edib. 1974-1987-ci illərdə Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışıb. 1983-cü ildə professor elmi adına və 1984-cü ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1987-1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi-tədqiqat İqtisadiyyat institutunun (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu) müdiri vəzifəsində çalışıb. 1993-1998-ci illərdə Rusiya Elmlər Akademiyasının Bazar problemləri institutunda çalışıb. 1999-2000-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində işləyib. 2001-ci ildən AMEA Kibernetika İnstitutunda baş elmi işçi və laboratoriya rəhbəri vəzifəsində çalışıb.
Həmçinin oxuyun
Qeyd edək ki, C.İmanov xalq artisti, bəstəkar Süleyman Ələsgərovun nəvəsi, əməkdar artist Tahir İmanovun qardaşıdır.
00:04 / 26 Dekabr 2025
1
23:58 / 25 Dekabr 2025
23
23:54 / 25 Dekabr 2025
13
23:41 / 25 Dekabr 2025
18
23:34 / 25 Dekabr 2025
22
23:26 / 25 Dekabr 2025
38
23:14 / 25 Dekabr 2025
94
23:06 / 25 Dekabr 2025
25
23:01 / 25 Dekabr 2025
29
22:43 / 25 Dekabr 2025
781
22:33 / 25 Dekabr 2025
34
22:30 / 25 Dekabr 2025
295
22:21 / 25 Dekabr 2025
48
22:11 / 25 Dekabr 2025
42
22:08 / 25 Dekabr 2025
246
21:39 / 25 Dekabr 2025
48
21:23 / 25 Dekabr 2025
181
20:00 / 25 Dekabr 2025
447
19:53 / 25 Dekabr 2025
75
19:37 / 25 Dekabr 2025
835
19:31 / 25 Dekabr 2025
1608
19:24 / 25 Dekabr 2025
153
19:06 / 25 Dekabr 2025
1381
19:04 / 25 Dekabr 2025
123
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.