Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? — Hüquqşünas DETALLARI AÇIQLADI
09 İyun 2026, 00:08
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
1532
17.03.2026, 17:28
Məlumdur ki, Ramazan ayının başa çatmasına sayılı günlər qalıb. Bayrama az qalmış fitrə zəkatının məbləği ilə bağlı tövsiyə olunan məbləğ də açıqlanıb. Qazılar Şurasının fətvasına əsasən, bu il adambaşına 10–15 manat məbləğində fitrə zəkatının verilməsi tövsiyə olunur.
Qeyd edək ki, fitrə zəkatı İslamda mühüm ibadətlərdən biri hesab olunur. Bu, Ramazan ayının sonunda verilməsi vacib olan sədəqə növüdür. Fitrə zəkatı oruc tutan şəxsin mənəvi paklanmasına xidmət edir və eyni zamanda bayram günlərində ehtiyac içində olan insanların sevincinə səbəb olur.
Fitrə zəkatı ilə bağlı maraqlı olan digər məqamlardan biri isə onun hansı hallarda, nə zaman və necə verilməsidir.
Fitrənin verilmə qaydaları barədə Oxu24.com-a danışan ilahiyyatçı Ağa Hacıbəyli fitrə sədəqəsinin iki böyük mahiyyəti ifadə etdiyini söyləyib:
“Birincisi, bu sədəqə fitrətin, yəni insanlığımzın sədəqəsi hesab olunur, mənəvi kimliyimizin ifadəsidir. Yəni tutduğumuz oruc səmada asılı vəziyyətdədir, onu Allahın dərgahına qaldıran isə verdiyimiz sədəqədir. Bu bir hədisdir və Peyğəmbərimiz (s.ə.s) söyləyib. Fitrə sədəqəsi tutduğumu orucu kamilləşdirir və onun haqq qatında yerini möhkəmləndirir.
Sədəqənin ikinci tərəfi isə, bayramda fəqirlərin, yəni kasıb və ehtiyacı olan şəxslərin sevincinə səbəb olmasıdır. Ona görə fitrə sədəqəsini çalışıb vermək lazımdır. Hədislərimizdə də buyrulub ki, əvvəllər arpadan, xurmadan, düyüdən bir nəfər üçün 3 kq civarında fitrə çıxarılarmış. Günümüzdə isə bunun məbləği 10-15 manat civarındadır”.
İlahiyyatçı qeyd edib ki, fitrənin çıxarılma vaxtı bayram namazından öncədir:
“Dinimizə görə, fitrə bayram namazından öncə çıxarılmalıdır ki, yoxsul insanlar da bayramın feyzini, ləzzətini ala bilsinlər, yemək bişirib süfrələrinə qoysunlar.
Bu baxımdan fitrə sədəqəsini Ramazan bayramından öncə vermək lazımdır. Bayramdan sonraya qalarsa isə, məkruf, yəni bəyənilməz hesab olunur. Ona görə də fəqir insanları tapıb bayram namazından öncə fitrəni vermək lazımdır. Amma fitrəni bayramdan bir gün qabaq da vermək olar. Əgər verəcəyimiz insan çox uzaqdadırsa, öncədən verilməsi də mümkündür”.
A.Hacıbəyli bildirib ki, dinimizə görə fitrə sədqəsini zəngin adamlar çıxarmalıdır:
“İslam dini 80 qram qızılı olan adamı zəngin hesab edir. Bir məqama da diqqət etmək lazımdır: Sədəqəni verəcəyimiz adama ancaq ələbaxımlılıq səviyyəsində fitrə verməməliyik, yəni imkanımız varsa, ona elə bir fitrə sədəqəsi verməliyik ki, o insanın yoxulluğuna son qoyulsun. Bir sözlə, limiti yaxşı mənada pozmaq olar. Minimum hədd adambaşına 10-15 manat qeyd olunsa da, yuxarı hədd müəyyən edilməyib. İnsan Allah qatında nə qədər istəsə fitrə verə bilər”.
Yeganə
11:21 / 10 İyun 2026
6
11:13 / 10 İyun 2026
27
11:06 / 10 İyun 2026
192
11:01 / 10 İyun 2026
48
10:53 / 10 İyun 2026
46
10:50 / 10 İyun 2026
79
10:34 / 10 İyun 2026
77
10:32 / 10 İyun 2026
59
10:30 / 10 İyun 2026
69
10:24 / 10 İyun 2026
86
10:18 / 10 İyun 2026
63
10:16 / 10 İyun 2026
59
10:08 / 10 İyun 2026
682
10:02 / 10 İyun 2026
109
09:58 / 10 İyun 2026
107
09:45 / 10 İyun 2026
60
09:43 / 10 İyun 2026
54
09:42 / 10 İyun 2026
63
09:40 / 10 İyun 2026
202
09:39 / 10 İyun 2026
65
01:04 / 10 İyun 2026
323
00:24 / 10 İyun 2026
398
00:01 / 10 İyun 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.