Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
598
08.05.2026, 11:06
17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tərəfdaş tədbirlərinin proqramı artıq açıqlanıb və müxtəlif dünya ölkələrini təmsil edən maraqlı tərəflərin həm yaradıcılığını, həm də fəal iştirakını əks etdirən 370-dən çox tədbiri ehtiva edir.
Əməliyyat Şirkətindən Oxu24.com-a verilən xəbərə görə bu tədbirlər “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında təşkil olunacaq.
Bildirilib ki, WUF13-ün əsas elementlərindən biri olan tərəfdaş tədbirləri yerli və milli hökumətləri, vətəndaş cəmiyyəti institutlarını, akademik dairələri, özəl sektoru, yerli təşəbbüs qruplarını və BMT qurumlarını bir araya gətirərək qlobal şəhərsalma gündəliyini formalaşdıran ideya, həll yolu və praktik təcrübələrin paylaşılması üçün platforma yaradır. Bu sessiyalar qlobal perspektivləri və yerli həlləri bir araya gətirərək dayanıqlı urbanizasiya ilə bağlı müzakirələrin real təcrübə və əməkdaşlıq müstəvisində aparılmasını təmin etməklə yanaşı, dialoqun inkişaf etdirilməsi, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və şəhərləri daha dayanıqlı etmək üçün həyata keçirilən fəaliyyətlərin sürətləndirilməsi baxımından mühüm rol oynayır.
Proqramın tam mətni ilə tanış olun və aşağıdakı tədbir kateqoriyalarının hər biri haqqında ətraflı məlumat əldə edin.
“Şəhərlərin səsi”: Qlobal dəyişikliklərə təkan verən yerli perspektivlər - Özündə 50-dən çox tədbiri birləşdirən “Şəhərlərin səsi” kateqoriyası yerli hökumətlərin, eləcə də icma liderləri və yerli təşəbbüs qruplarının perspektivlərini ön plana çıxarır.
“Vahid BMT”: Şəhərsalma sahəsi çərçivəsində qlobal öhdəliklərin təşviqi - “Vahid BMT” tədbirləri müxtəlif regionlar və fərqli şərait fonunda dayanıqlı şəhərsalma prosesinin BMT qurumları tərəfindən necə təşviq olunduğunu nümayiş etdirir.
“DİM-lər fəaliyyətdə”: Öhdəliklərdən icraya keçid - 30-dan çox tədbiri ehtiva edən “DİM-lər fəaliyyətdə” kateqoriyasının əsas məqsədi qlobal öhdəliklərin konkret nəticələrə çevrilməsini təmin etməkdir.
Şəbəkələşmə tədbirləri: Gələcək tərəfdaşlıq naminə qurulan əlaqələr - 170-dən çox tədbiri əhatə edən Şəbəkələşmə tədbirləri iştirakçılara dayanıqlı şəhərsalma sahəsində qlobal liderlər, biliklərini təcrübədə tətbiq edən mütəxəssislər və innovasiyalara imza atan şəxslərlə əlaqə qurmaq imkanı yaradır.
WUF Akademiyası: Dayanıqlı şəhərsalmanın gələcəyi naminə bilik və potensialın artırılması - Yeni WUF Akademiyası öz biliklərini təcrübədə tətbiq edən mütəxəssislər, habelə ali təhsil ocaqları və ekspertlər üçün 30-dan çox imkan təqdim edən platforma yaradaraq potensialın artırılmasına və dayanıqlı urbanizasiya istiqamətində irəliləyişin sürətləndirilməsinə töhfə verəcək.
"Şəhər kitabxanası” və “Şəhər kinoteatrı”: Şəhərsalmanın transformasiyası üçün biliklərin mübadiləsi və real həyat hekayələrinin təqdimatı - Özündə 30-dan çox tədbiri birləşdirən “Şəhər kitabxanası” iştirakçılara şəhərsalma üzrə ən son tədqiqat, nəşr və etibarlı məlumatlarla tanış olmaq üçün platforma təqdim edir.
00:19 / 12 Noyabr 2026
1
00:17 / 12 Noyabr 2026
16
00:11 / 12 Noyabr 2026
36
23:54 / 11 Noyabr 2026
62
23:52 / 11 Noyabr 2026
67
23:50 / 11 Noyabr 2026
104
23:45 / 11 Noyabr 2026
466
23:28 / 11 Noyabr 2026
75
23:24 / 11 Noyabr 2026
81
23:18 / 11 Noyabr 2026
90
23:09 / 11 Noyabr 2026
98
23:03 / 11 Noyabr 2026
88
23:01 / 11 Noyabr 2026
112
22:55 / 11 Noyabr 2026
87
22:38 / 11 Noyabr 2026
156
22:31 / 11 Noyabr 2026
105
22:26 / 11 Noyabr 2026
6048
22:22 / 11 Noyabr 2026
111
22:20 / 11 Noyabr 2026
104
22:15 / 11 Noyabr 2026
1224
22:11 / 11 Noyabr 2026
99
22:07 / 11 Noyabr 2026
114
22:06 / 11 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.