Qaynar xətt:

(+99450) 247 90 86

Alimentlə bağlı çoxlarının bilmədiyi FAKT

Alimentlə bağlı çoxlarının bilmədiyi FAKT

HÜQUQ

41

11.11.2026, 23:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Alimentin 50%-ni uşağın gələcəyi üçün qorumaq mümkündürmü?

Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Azər İbrahimov bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar qəbul edə bilər.

Məsələn, aylıq 800 AZN aliment ödəyirsinizsə, məhkəmənin müvafiq qərarı ilə 400 AZN-ə qədər vəsait uşağın bank hesabına yönəldilə bilər.

Bunun üçün konkret vəziyyətin hüquqi əsasları və uşağın mənafeyi nəzərə alınır.

Nigar