Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61077
az

KİŞİLƏR, DİQQƏT: BU QİDALAR PROSTAT XƏRÇƏNGİNİN QARŞISINI ALIR

20:4813 Noyabr, 2021
359
TİBB
  • A

50 və yuxarı yaşlı kişilərdə rast gəlinən, ölüm faizi yüksək olan prostat vəzi xərçənginin çarəsi var.

Əvvəlcə qeyd edək ki, bu xərçəng növü ölüm səbəbləri arasında 2-ci sıradadır. Araşdırmalar göstərib ki, dünyada hər 3 dəqiqədə bir kişiyə prostat xərçəngi diaqnozu qoyulur. Hər 14 dəqiqədə bir də prostat xərçənginə bağlı ölüm halları baş verir. Türkiyəli həkim Egemen İşgören vaxtında aşkarlandıqda prostat xərçənginin müalicəsinin real olduğunu deyir.

Oxu24.com  mütəxəssisin fikirlərini təqdim edir.

Prostat xərçənginin səbəbi tam olaraq bilinmir. Xəstəliyə hüceyrə səviyyəsində reallaşan genetik qüsurlarla bağlı olaraq bəzi prostat hüceyrələrinin nəzarətsiz böyüməsi və normal hüceyrələrin yerini alması nəticəsində əvvəl ətraf toxumalara, sonrakı mərhələdə isə digər orqanlara yayılması səbəb ola bilər. Xərçəngin əlamətləri özünü göstərmədən erkən diaqnoz üçün bəzi üsullardan istifadə edilir. Həmin üsulları 50 yaşından sonra bütün kişilər ildə bir dəfə tətbiq etməlidir: “Bu narahatlıqlar şikayətlərlə özünü göstərir. Sidiyə getmə çətinliyi, sidik axışında qüvvət azalması, sidikdə qan olması, boşalma əsnasında ağrı, qasıq bölgəsində narahatlıq hissi, sümük ağrıları, sərtləşmə pozuntusu. Risk qrupuna isə irəli yaş, ailədə prostat və döş xərçəngi xəstəsinin olması, heyvani yağ və zülalla zəngin qidalanma, androgen adı verilən kişilik hormonunun çox olması, hərəkətsiz həyat tərzi daxildir”.

Mütəxəssislər isə bu xərçəngin qarşısını alan, inkişafına mane olan bəzi qidaların olduğunu açıqlayıb. Həmin qidalar aşağıdakılardır:

Gicitkan otu: Prostat vəzinin böyüməsinin simptomlarını azaldır. Eyni zamanda, təbii sidikqovucudur.

Qarğıdalı saçağı: Təbii sidikqovucudur. Prostat böyüməsinin əlamətlərini aradan qaldırır. Bunun üçün 4 stəkan suyun içinə 6 ədəd təzə qarğıdalı saçağı qoyun. Qarışımı 10 dəqiqə isidin. Gündə 3 dəfə için.

Pomidor: Kök, pomidor və qreypfrutda olan likopenlə bağlı aparılan araşdırmalar sübut edib ki, bu qidalar xərçəng hüceyrələrini 18 faiz azaldır.

Tərəvəzlər: Yaşıl yarpaqlı tərəvəzlər, brokoli və yaşıl bibər qida dəyəri ən yüksək, aşağı kalorili tərəvəzlər arasında ilk yerlərdədir.

Tam taxıllar: Daha zəngin lif, qida və zülal ehtiva edən kəpəkli taxıllar prostat xərçəngi olan kişilərdə şişin böyüməsini azaldır.

Selenium: Meyvə, tərəvəz, dəniz məhsulları, yumurta, sarımsaq kimi qidalarda olan selenium kişilərdə prostat xərçəngi riskini 50 faiz azaldır. Bunu amerikalı mütəxəssislər araşdırmalarında sübut ediblər.

Meyvələr: Antioksidantlarla ən zəngin meyvələr çiyələk, albalı, portağal, qreypfrut, manqo, yemiş, kivi, ərik, üzüm və qarpızdır. Bunlar xərçəng riskini aradan qaldırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ