Daltoniklər dünyanı necə görür?
08 May 2026, 22:06
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1207
14.05.2020, 18:20
“Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun heç birinci dalğası da olmayıb”.
Bu sözləri KONKRET.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib:
Həmçinin oxuyun
Onun sözlərinə görə, tövsiyələrə əməl etmək çox vacibdir:
“Əgər ev şəraitində yığıncaq keçirilərsə və qonaqlardan birində koronavirus varsa, bu, digərlərinin də yoluxmasına gətirib çıxara bilər. Yaxın məsafədə təmasdan uzaq durmaq lazımdır. Epidemiya dövründə artma və azalma dalğası olur. Bunlar mümkün hallardır. Epidemiyanın gedişatından asılıdır. Misal üçün, koronavirus aşkar olunan şəxs ola bilsin ki, 14 gün bundan əvvəl yoluxub, amma xəstəlik özünü məhz bu gün biruzə verib. Belə hallar normaldır. Buna ikinci dalğa demək olmaz. Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun heç birinci dalğası da olmayıb. Deməyim odur ki, vəziyyət stabildir. O ki qaldı havaların isinməyinə, bir şeydən ümidliyik ki, respirator viruslar qrupu adətən mövsümü xarakter daşıyır. Havaların isinməsi ilə müəyyən qədər azalırlar. Biz də ümid edirik ki, havaların isinməyi bizə xəstəliklə mübarizədə kömək edəcək. Burada təkcə istiləşmə yox, ultrabənövşəyi şüalar faktoru da əsas rol oynayır. Ultrabənövşəyi şüaların zənginləşməsi virusa mənfi təsir göstərir. İnsanlarımızın karantin rejimi tövsiyələrinə əməl etmələri əsas məsələdir. Maska, əlcək, təcrid kimi qaydalara əməl etsinlər. Toplu halda gəzməsinlər və vacib olmadıqca çölə çıxmasınlar”.
01:00 / 09 May 2026
81
00:48 / 09 May 2026
277
00:30 / 09 May 2026
304
00:21 / 09 May 2026
275
00:00 / 09 May 2026
101
23:40 / 08 May 2026
105
23:25 / 08 May 2026
1110
23:17 / 08 May 2026
275
22:47 / 08 May 2026
219
22:38 / 08 May 2026
115
22:28 / 08 May 2026
282
22:14 / 08 May 2026
128
22:13 / 08 May 2026
89
22:06 / 08 May 2026
87
21:59 / 08 May 2026
85
21:48 / 08 May 2026
1551
21:39 / 08 May 2026
279
21:29 / 08 May 2026
121
21:10 / 08 May 2026
228
20:52 / 08 May 2026
329
20:48 / 08 May 2026
169
20:36 / 08 May 2026
110
20:18 / 08 May 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.