Daltoniklər dünyanı necə görür?
08 May 2026, 22:06
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1203
12.05.2020, 23:58
Öskürək tənəffüs orqanları xəstəliklərinin əlamətlərindən biridir.
Onun yaranması tənəffüs yollarının və ağciyər toxumasının selikli qişalarının iltihabı nəticəsində, həmçinin tənəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşməsi ilə əlaqədar olur. Öskürək allergik mənşəli də ola bilər. Bəzən həyəcan keçirəndə və emosional gərginliklə üzləşəndə də öskürək baş verir.
Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova bu barədə Azərtac-a müsahibəsində deyib: "Bəlğəmin gəlib-gəlməməsindən asılı olaraq öskürək nəmli və quru olur. Nəmli öskürəkdə bəlğəm ayrılır. Bu problemə bronxit, ağciyərin iltihabı və vərəm zamanı təsadüf edilir. Quru öskürək tənəffüs yolları xəstəlikləri, bronxların yad cisimlə qıcıqlanması nəticəsində və iltihabi xəstəliklərin başlanğıc mərhələsində meydana çıxır.
Həmçinin oxuyun
Öskürəyi aradan qaldırmaq və yüngülləşdirmək üçün öncə onu törədən əsas səbəbi müəyyən etmək və ona təsir göstərmək lazımdır. Nəmli öskürəyi adətən qatı bəlğəmi durulaşdıran və orqanizmdən xaric edən bəlğəmgətiricilər yüngülləşdirir".
Həkim-pediatr bildirib: "Hər bir əlamət, o cümlədən öskürək orqanizmin müdafiə reaksiyasidir. Selikli qişaya virus düşəndə orqanizmin əsas reaksiyasi onu ordan uzaqlaşdırmaqdır. Məhz buna görə kəskin respirator virus infeksiyasına yoluxan xəstə asqırır, boğazi qıcıqlanır və öskürür. Belə olan halda öskürək əleyhinə dərmanlarla yox, xəstə orqanizmdən virusun çıxmasına səbəb olan vasitələrlə kömək etmək lazımdır. Məsələn, çoxlu maye içmək və tərlədici vasitələrdən istifadə etmək məsləhətdir.
Xəstəliyin başlanğıcında öskürək əleyhinə qəbul olunan dərmanlar onun gedişatını süni olaraq uzadır. Orqanizm ona daxil olan virusu selikli qişadan qovmaq istəyəndə isə ona kömək etmək lazımdır. Əgər öskürək əzabvericidirsə, onu yumşaldan vasitələr tətbiq edilməlidir. İki yaşına qədər uşaqda bəlğəmli öskürək olduqda bəlğəmgətirici preparatlar vermək qəti qadağandir. Belə ki, uşaq bəlğəmi xaric edə bilmədiyinə görə tənəffüs yolları bağlana bilər. Öskürəyi yüngülləşdirmək üçün həkimin təyinatı əsasında xardal kağızları, tibbi bankalar, sinəyə isti islatmalar və ayaqlara isti vanna tətbiq edilir".
01:00 / 09 May 2026
29
00:48 / 09 May 2026
144
00:30 / 09 May 2026
167
00:21 / 09 May 2026
153
00:00 / 09 May 2026
62
23:40 / 08 May 2026
63
23:25 / 08 May 2026
159
23:17 / 08 May 2026
196
22:47 / 08 May 2026
179
22:38 / 08 May 2026
75
22:28 / 08 May 2026
224
22:14 / 08 May 2026
97
22:13 / 08 May 2026
57
22:06 / 08 May 2026
61
21:59 / 08 May 2026
58
21:48 / 08 May 2026
1170
21:39 / 08 May 2026
229
21:29 / 08 May 2026
87
21:10 / 08 May 2026
188
20:52 / 08 May 2026
278
20:48 / 08 May 2026
127
20:36 / 08 May 2026
81
20:18 / 08 May 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.