Daltoniklər dünyanı necə görür?
08 May 2026, 22:06
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
2571
11.05.2020, 10:25
Bal və qoz
Ayrı-ayrılıqda istər balın, istərsə də qozun zəif potensiyaya qarşı xeyirli olması hamımıza bəllidir. Ancaq bu ikisinin qarışığı daha effektlidir. Hətta mütəxəssislər tərəfindən bu qarışığın “Viaqra”dan da güçlü olması söylənilir. Bu resept olduqca sadə və hazırlanması çox asandır. Xırda doğranmış qozun üzərinə eyni miqdarda bal əlavə edilməli və yaxşıca qarışdırılmalıdır. Daha sonra qarışığa bir neçə qaşıq zeytun yağı və eyni miqdarda limon şirəsi də əlavə olunmalıdır. Gün ərzində bir xörək qaşığı qəbul etməklə potensiyanı gücləndirmək, cinsi həvəsi artırmaq və orqanizmin gündəlik vitamin və minerallara tələbatını ödəmək mümkündür.
Gicitkən
Gicitkən xalq təbabətində geniş istifadə olunan bitkilərdən biri sayılır. Bu bitki həm də zəif potensiyaya qarşı mübarizədə ən yaxşı vasitələrdən biridir. Bunun üçün əzilmiş gicitkən toxumunu eyni miqdarda bal və qırmızı şərabla qarışdırmaq lazımdır. Alınmış qarışıqdan bir xörək qaşığı qəbul etsəniz intim həyatınızda özünüzü tam fərqli hiss edəcəksiniz.
Həmçinin, gicitkən, yumurta və soğandan hazırlanmış salatdan müntəzəm istifadə etməklə cinsi fəaliyyətinizi normallaşdırmış olarsınız.
Kəklikotu cövhəri
Cinsi zəifliyə qarşı sınanmış vasitələrdən biri də kəklikotu cövhəridir. Bu cövhəri hazırlamaq üçün 100 qram qurudulmuş kəklikotunu əzib üzərinə 200 qram qaynar su əlavə etmək və soyuduqdan sonra içmək lazımdır. Kəklikotu cövhəri gündə 2 dəfə 1 fincan yeməkdən sonra qəbul edilməlidir.
Yemişan dəmləməsi
İntim həyatlarına diqqət yetirən kişilər hələ qədim zamanlardan yemişan dəmləməsindən istifadə ediblər. Bu dələməni hazırlamaq üçün 3 xörək qaşığı yemişan çiçəyinin üzərinə 3 stəkan soyuq su əlavə edilib 10 saat saxlanılmalıdır. Bu müddətdən sonra o, 6 dəqiqə zəif odun üzərində qaynadılmalıdır. Qaynadıldıqdan sonra dəsmala büküb 30 dəqiqə saxlanılmalı, soyuduqdan sonra qəbul edilməlidir. Yemişan dəmləməsini gündə üç dəfə bir stəkan içmək lazımdır. Səhərlər acqarnına, günorta və axşam isə yeməkdən sonra.
Zeytun yağı
Antioksidantla zəngin zeytun və zeytun yağı əsrlərdir sağlamlıq üçün istifadə edilir. Yunanlar onun kişiləri gücləndirdiyini düşünürlər. Zeytun yağı mono doymamış və poli doymamış yağ qaynağıdır. Bu yağlar ürək sağlamlığını, qan dövranını yaxşılaşdırır və hormon istehsalını dəstəkləyir. Ümumi olaraq sağlamlığa yaxşı təsir edən qidalar cinsi həyat üzərində də müsbət təsirlərə malikdir.
Avokado
Həmçinin oxuyun
İstər cazibədar armud şəkli olsun, istər bir meyvə olaraq zəngin dadı avokadonun afrodizyak kimi məşhur edib. Mütəxəssislərin fikrincə, bu meyvənin tərkibində bol miqdarda E vitamini var. Bu isə romantik duyğular və güclü hisslər yaradır. E vitamin yüksək enerji səviyyəsinin qorunmasında da faydalıdır.
Balıq qulağı
Afrodizyak təsirli qidalardan olan balıq qulağının tərkibində sink yüksəkdir. Romantik anlar, güclü hisslər və məhsuldarlıq üçün müsbət təsirlərə malikdir. Araşdırmaların nəticələrinə görə, balıq qulağının tərkibində olan bəzi amin turşuları cinsiyyət hormonlarının istehsalını artırır.
Banan
Bananın afrodizyak təsirli qidalardan biri olması məlumdur. Lakin qida tərkibi də elmi olaraq bu təsirini gücləndirir və sübut edir. Bananın tərkibində bromelain adlı ferment var. Bu ferment testosteron istehsalını artırır. Banandakı bol kalium və B vitamini isə enerji səviyyəsini yüksəldir.
Əncir
Əncirin tərkibində olan yüksək miqdarda antioksidantlar və kalium cinsi istəyi və enerji səviyyəsini artırmaq üçün faydalıdır.
Qarpız
Aparılan elmi araşdırmalara görə, likopen anbarı olan qarpızın bədən üzərində "Viagra" kimi təsiri var. Bunun səbəbi qan damarlarının rahatlanması və qan dövranını daha yaxşı hala gətirməsidir. Tərkibindəki bol miqdarda şəkər də insanın enerji səviyyəsini yüksəldir. Həmçinin, su tərkibi yüksək olduğu üçün susuzluqdan yorulan insanların da bu problemini həll edir.
Qeyd etmək yerinə düşərdi ki, adları sadalanan bitkilər meyvə tərəvəzlər şəhərimizin demək olar ki, bütün aptekl və marketlərində satılır və qiymətləri də olduqca münasibdir.
Sağlamlığınızla bağlı atacağınız hər bir addımda həkiminizlə məsləhətləşməyi də unutmayın.
00:00 / 09 May 2026
22
23:40 / 08 May 2026
38
23:25 / 08 May 2026
95
23:17 / 08 May 2026
151
22:47 / 08 May 2026
159
22:38 / 08 May 2026
59
22:28 / 08 May 2026
203
22:14 / 08 May 2026
85
22:13 / 08 May 2026
52
22:06 / 08 May 2026
54
21:59 / 08 May 2026
53
21:48 / 08 May 2026
1061
21:39 / 08 May 2026
216
21:29 / 08 May 2026
80
21:10 / 08 May 2026
181
20:52 / 08 May 2026
261
20:48 / 08 May 2026
122
20:36 / 08 May 2026
75
20:18 / 08 May 2026
86
20:07 / 08 May 2026
85
19:48 / 08 May 2026
82
19:39 / 08 May 2026
155
19:29 / 08 May 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.