Mövsüm dəyişikliyi ürək çatışmazlığı olan xəstələr üçün hansı təhlükələri yaradır? – KARDİOLOQ DANIŞDI
18 Noyabr 2026, 22:11
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
930
09.05.2020, 20:39
Poliplər xoşxassəli şişdir. Onlar bağırsaqların daxili divarından inkişaf edir. Poliplər çox yayılmış patologiyadır. Belə hesab olunur ki, 60 yaşından yuxarı olan insanların yarısında bağırsaq polipləri aşkar etmək olur.
Əksər hallarda poliplər düz və siqmoid bağırsağında inkişaf edir. Lakin poliplər bağırsağın digər hissələrində də inkişaf edə bilər.
Bağırsaq poliplərin əsas səbəbi bağırsağın selikli qişasının xroniki iltihablarıdır. Xroniki qəbizlik, düzgün olmayan qidalanma poliplərin inkişafına təkan verir. Belə hesab olunur ki, irsiyyət də poliplərin inkişafında böyük rol oyayır.
Polipələrin növləri müxtəlif olur. Onlardan bəziləri çox təhlükəli sayılır. Vaxt keçdikcə bu poliplər bir çox hallarda xəsçəng xəstəliyinə keçir. Daha böyük ölçüdə olan poliplərin (2 sm və bundan yuxarı) xərçəngə keçməsi riski daha çoxdur. Düz bağırsaq xərçıngi digər xəsrçəng növləri arasında bütün dünyada birinci yerlərdən birini tutur. Bu səbəbdən bağırsaq poliplərin vaxtında aşkar olunması və xaric olunması düz bağırsaq xərçənginin yayılmasını azalda bilər.
Bir çox hallarda bağırsaq polipi özünü heç bir əlamətlə büruzə vermiər. Lakin bəzən poliplər zamanı bu kimi simptomlar müşahidə olunur:
- nəcisdə çoxlu miqdarda seliyin olması,
- düz bağırsaq qanaxmaları,
- qarında tutmaşəkilli ağrılar,
- qəbizlik və ya ishal.
Böyük ölçüdə olan poliplər bağırsağın mənfəzini tam bağlaya bilər ki, bunun nəticəsində bağırsaq keçilməzliyi inkişaf edə bilər.
Özündə yuxarıda qeyd olunan simptomları müşahidə edən insan mütləq həkimə müraciət etməlidir. Həkim müxtəlif müayinə üsullarının (qarmaqla müayinə, retroromanoskopiya, kolonoskopiya, rentgen müayinələri) köməyi ilə bağırsaqların selikli qişasını müayinə edir.
Aşkar olunmuş polip növündən və ölçüsündən asılı olaraq xaric oluna bilər və ya həkim ona nəzarət edəcək.
Poliplərin vaxtında aşkar olunması məqsədi ilə Amerika onkoloqlar assosiasiyası 50 yaşından yuxarı olan insanlara hər 5 ildən bir kolonoskopiya müayinəsindən keçməyini tövsiyə edir. (Kolonoskop bağırsaqların selikli qişasını müayinə edən xüsusi optik cihaz.) 40 yaşından yuxarı olan insanlara isə nəcisdə gizli qanın aşkar olunması üçün hər il analiz verməyi tövsiyə edirlər.
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.