Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
01 Noyabr 2026, 19:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
214
13.08.2026, 12:38
Cəmiyyətimizdə bir çox insanlar fərqinə varmadan kəskin psixoloji gərginliklər, xüsusilə də müxtəlif kliniki təzahürlərə malik paranoid sayıqlama sindromları ilə yaşamağa davam edirlər. İnsanın davamlı olaraq izlənildiyini, təqib olunduğunu və ya ona qarşı gizli qəsd hazırladığını zənn etməsi adi şübhə həddini aşaraq ciddi psixopatoloji patologiyanın göstəricisidir. Bu cür affektiv və idrak pozuntuları fərdin sosial-adaptiv funksiyalarını kəskin şəkildə məhdudlaşdırır, onu sosiomühitdən və yaxın qohumluq əlaqələrindən tam təcrid edir. Xüsusilə zəhərlənmə sayıqlamaları fonunda qidadan imtina etmə halı fərdin somatik sağlamlığı üçün birbaşa həyati təhlükə yaradır. Bu səbəbdən bənzər psixopatoloji simptomlar müşahidə edildikdə klinik psixiatriya mütəxəssislərinə vaxtında müraciət olunması müstəsna əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-psixiatr Dr. Aytən Namazova paranoid sayıqlama ideyalarının elmi və kliniki mahiyyətini ətraflı şərh edib:
"Təcrübədə tez-tez rast gəlinən təqib və zərərçəkmə sayıqlamaları zamanı pasiyentdə əsassız olaraq xüsusi xidmət orqanları, polis və ya naməlum şəxslər tərəfindən izlənmə, vizual və fiziki nəzarətdə saxlanılma, tələyə salınma və s. qorxu formalaşır. Eyni zamanda münasibət sayıqlamaları zamanı fərd ətrafdakı kənar şəxslərin pıçıldaşmasını, sosial mühitdəki adi danışıqları birbaşa öz şəxsiyyətinə qarşı yönəlmiş gizli plan kimi qiymətləndirir”.
Həkim qeyd edir ki, zəhərlənmə sayıqlamaları (sitofobiya fonunda) zamanı xəstə yaxın doğmalarının və ya ailə üzvlərinin hazırladığı qidaya zəhərli maddələr qatıldığına sarsılmaz şəkildə inanır. Nəticədə somatik səviyyədə metabolik pozuntular, kəskin arıqlama, beden kütlə indeksinin kəskin düşməsi və terminal mərhələlərdə kaxeksiya və anoreksiya sindromu inkişaf edir.
Xəstələrdə həmçinin reduktiv düşüncə, qavrama pozuntuları və illyuzor interpretasiyalar müşahid olunur. Kütləvi informasiya vasitələri, televiziya verilişləri və ya rəqəmsal qurğular vasitəsilə onlara gizli kodlaşdırılmış mesajların ötürüldüyü, beyinlərinə çip yerləşdirildiyi və ya kosmik, elektromaqnit şüalanma ilə davranışlarının kənardan idarə olunduğu (psixi automatizm sindromu) iddia edilir.
Həkimin sözlərinə görə, meqalomanik (özünüböyütmə) sayıqlamalara da rast gəlinir:
“Pasiyent xüsusi ekstrasensor, şəfaverici qabiliyyətlərə malik olduğunu düşünür. Dini-mistik sayıqlama ideyalarında isə fərd özünü sosial-dini konfessiyalara uyğun olaraq Mehdi, İsa və ya xüsusi ilahi missiyalı şəxsiyyət kimi identifikasiya edir. Bütün bu elmi-kliniki simptomlar təxirəsalınmaz psixiatrik diaqnostika və medikamentoz terapiya göstərişidir".
20:55 / 01 Noyabr 2026
32
20:49 / 01 Noyabr 2026
46
20:35 / 01 Noyabr 2026
185
20:24 / 01 Noyabr 2026
75
20:20 / 01 Noyabr 2026
197
19:59 / 01 Noyabr 2026
99
19:55 / 01 Noyabr 2026
132
19:50 / 01 Noyabr 2026
241
19:36 / 01 Noyabr 2026
94
19:28 / 01 Noyabr 2026
86
19:15 / 01 Noyabr 2026
280
19:09 / 01 Noyabr 2026
158
19:01 / 01 Noyabr 2026
1056
19:00 / 01 Noyabr 2026
81
18:57 / 01 Noyabr 2026
102
18:24 / 01 Noyabr 2026
78
17:00 / 01 Noyabr 2026
91
16:37 / 01 Noyabr 2026
634
16:29 / 01 Noyabr 2026
538
16:23 / 01 Noyabr 2026
108
16:18 / 01 Noyabr 2026
1142
16:14 / 01 Noyabr 2026
963
16:10 / 01 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.