Qaynar xətt:

(+99450) 247 90 86

Media və Yayım Şurası BƏYANAT YAYDI

Media və Yayım Şurası BƏYANAT YAYDI

CƏMİYYƏT

71

01.11.2026, 14:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna müdaxilədir.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının bəyanatında bildirilib.

Qeyd edilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir:

“Azərbaycan Respublikası Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə qınayır, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edir, hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa və onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmək hüququna riayət etməyə çağırır”.

Qeyd edək ki, ötən gecə "APA Group"un əməkdaşı Sənan Bəhrəmli Nizami rayonu, Davud Aslan küçəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğının işıqlandırılması üçün hadisə yerinə ezam olunub. Hadisə yerində özünü ərazinin mühafizəçisi kimi təqdim edən Heydər Sərdarov əməkdaşımıza xəsarət yetirib və şirkətin texniki avadanlığına zərər vurub.