Ürək xəstələri antibiotik qəbul edərkən nələrə diqqət etməlidir? – HƏKİM DANIŞDI
20 Noyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
358
01.11.2026, 19:36
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır.
Oxu24.com Medicina.az-a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər.
O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 40 yaşdan yuxarı insanların risk altında olduğu bir bədxassəli şiş növüdür:
"Çox vaxt kolorektal xərçəng heç bir aydın əlamət olmadan inkişaf edir və yalnız gec mərhələdə aşkar olunur. Lakin xəstəlik erkən mərhələlərdə çox yaxşı müalicə oluna bilir, buna görə də onun vaxtında aşkarlanması həyati əhəmiyyət daşıyır".
Muxametov müəyyən əlamətlər müşahidə edildikdə həkimə müraciət etməyi tövsiyə edir. O vurğulayır ki, əgər insanda anemiya yaranarsa və ya hemoqlobin səviyyəsi düşərsə, xərçəngin olub-olmadığını yoxlamaq üçün mütləq tibbi müayinədən keçmək lazımdır:
"Anemiya yoğun bağırsağın sağ hissəsində şişin olmasının əlaməti ola bilər. Əgər hemoqlobin səviyyəniz düşübsə, mütləq müayinədən keçməlisiniz.
Anemiya özünü necə büruzə verir? Onun əlamətlərinə dərinin solğunlaşması, tez yorulma, təngnəfəslik, başgicəllənmə, göz önündə "nöqtələr" və ya "ləkələr"in uçuşması, qulaqlarda küy və hətta cüzi fiziki gərginlik zamanı belə bol tərləmə daxildir”.
Bundan əlavə, cərrah əlavə edir ki, qarında davamlı narahatlıq, məsələn, köp və ya qaz toplanması kimi hallar müşahidə olunarsa, xərçəng müayinəsindən keçmək lazımdır. Digər narahatedici əlamət isə qəbizliyin tez-tez təkrarlanmasıdır.
Muxametov vurğulayıb ki, kolorektal xərçəngin vaxtında aşkarlanması əsasən profilaktik müayinələr vasitəsilə mümkündür. 40 yaşdan sonra insanlar kolonoskopiya müayinəsindən keçməli və nəcisin gizli qana görə analizini verməlidirlər. Həmçinin, bağırsaq xərçəngindən daha yaxşı qorunmaq üçün sağlam həyat tərzi sürmək lazımdır: oturaq həyat tərzindən, siqaretdən, artıq çəkidən (piylənmədən), zərərli qidalardan və spirtli içkilərin həddindən artıq qəbulundan uzaq durmaq vacibdir.
22:02 / 21 Noyabr 2026
24
21:49 / 21 Noyabr 2026
43
21:32 / 21 Noyabr 2026
220
21:27 / 21 Noyabr 2026
64
21:20 / 21 Noyabr 2026
71
21:17 / 21 Noyabr 2026
181
20:49 / 21 Noyabr 2026
677
20:33 / 21 Noyabr 2026
112
20:09 / 21 Noyabr 2026
1213
19:14 / 21 Noyabr 2026
692
19:12 / 21 Noyabr 2026
163
18:41 / 21 Noyabr 2026
132
18:29 / 21 Noyabr 2026
120
18:19 / 21 Noyabr 2026
130
18:18 / 21 Noyabr 2026
139
17:54 / 21 Noyabr 2026
257
17:43 / 21 Noyabr 2026
2558
17:30 / 21 Noyabr 2026
169
17:17 / 21 Noyabr 2026
137
17:16 / 21 Noyabr 2026
173
17:08 / 21 Noyabr 2026
173
16:45 / 21 Noyabr 2026
135
16:39 / 21 Noyabr 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.