Qaynar xətt:

(+99450) 247 90 86

Ağstafada avtomobil iki yeniyetmə qızı vurub 

Ağstafada avtomobil iki yeniyetmə qızı vurub 

KRİMİNAL

69

01.11.2026, 20:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağstafada iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com-un məlumatına görə, hadisə rayon ərazisində yerləşən orta məktəblərdən birinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili 2010-cu il təvəllüdlü S. Əhmədovanı və 2010-cu il təvəllüdlü N. Qasımovanı vurub.

Hər iki yeniyetmə qız dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə rayon ərazisində yerləşən orta məktəblərdən birinin yaxınlığında ehtiyatsızlıq nəticəsində baş verib.

Əraziyə polis əməkdaşları cəlb edilib.