Qaynar xətt:

(+99450) 247 90 86

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir? 

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir? 

DÜNYA

75

01.11.2026, 18:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstanın paytaxtı Tiflisidə "ART Riverfront Hotel" in rəsmi açılış mərasimi keçirilib.

Oxu24.com Musavat.com-a istinadla xəbər verir ki, açılış mərasimində Gürcüstanın baş naziri İrakli Kobaxidze, Azərbaycanın baş naziri Əli Əsədov və Tiflis meri Kaxa Kaladze iştirak ediblər.

Hökumət başçıları otelə baxış keçirib, layihənin imkanları və investisiya detalları ilə tanış olublar. Otelin baş meneceri qonaqlara kompleks haqqında ətraflı məlumat verib.

Otel Azərbaycan investisiyası ilə 68 milyon ABŞ dollarına inşa edilib. Yəni otelin sahibi Azərbaycan dövlətidir. Otel 152 qonaq otağını, restoran və digər iaşə məkanlarını, konfrans və iclas zallarını birləşdirir. Müasir memarlıq üslubunda inşa edilən kompleks Tiflisin mərkəzində, Kür çayının sahilində, Dodo Abaşidze küçəsi 17/4 ünvanında yerləşir.

"ART Riverfront Hotel"in developeri Azərbaycanın "PASHA Real Estate Group" şirkətidir. Bu qurum "PASHA Holdinq"in daşınmaz əmlak istiqamətində fəaliyyət göstərən strukturudur. Otelin idarəçiliyi isə Azərbaycanın otelçilik sektorunda tanınan "Absheron Otel Group"a həvalə olunub.

Otelin memarlıq konsepsiyası Gürcüstanın tanınmış "Khmaladze Architects" şirkəti tərəfindən hazırlanıb. Kompleks yalnız qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulan ənənəvi otel deyil. Burada müasir memarlıq, incəsənət və qonaqpərvərlik konsepsiyaları birləşdirilib. Otelin interyerində xüsusi sifarişlə hazırlanmış sənət əsərləri, rəsm və instalyasiyalar, eləcə də gürcü heykəltəraş Erekle Tsuladzenin heykəlləri nümayiş etdirilir. İncəsənət istiqamətinin formalaşdırılmasında Gamrekeli Gallery ilə əməkdaşlıq edilib. Bununla ART Riverfront özünü həm də müasir incəsənət nümunələrinin təqdim olunduğu məkan kimi mövqeləndirir.

Qeyd edək ki, Azərbaycan investisiyalarının Gürcüstan iqtisadiyyatında ümumi həcminin 4 milyard dollara yaxınlaşdığı bildirilir. "Nyus Georgia" nəşrinin yaydığı məlumata görə, 2025-ci ildə Azərbaycanın Gürcüstana birbaşa investisiyaları təxminən 214 milyon dollar təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstana investisiya yatıran ölkələr sırasında Böyük Britaniyadan sonra ikinci yerdə qərarlaşıb. 2026-cı ilin ilk yarısında isə Azərbaycan investisiyalarının həcmi 45,3 milyon dollar olub. İki ölkə arasında iqtisadi əlaqələrin miqyası ticarət göstəricilərində də özünü göstərir. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 1 milyard 109 milyon dollara çatıb.

Bu baxımdan, "ART Riverfront Hotel"in açılması Azərbaycan kapitalının Gürcüstanda yalnız enerji, nəqliyyat və ticarət sahələrində deyil, turizm, daşınmaz əmlak və xidmət sektorunda da mövqeləndiy