Qaynar xətt:

(+99450) 247 90 86

Hadisə yerində ÖLƏNLƏR VAR

Hadisə yerində ÖLƏNLƏR VAR

KRİMİNAL

66

01.11.2026, 11:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı və qəza nəticəsində həyatını itirənlərin şəxsiyyəti məlum olub.

APA-nın məlumatına görə, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Salyan rayonunun Muğangəncəli kənd sakini, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi “Qazel” markalı avtomobil qoşqulu yük avtomobilinə toxunaraq idarəetmədən çıxıb və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.