Qaynar xətt:

(+99450) 247 90 86

“Figaro”: Fransada polislə toqquşmalarda azı 60 nəfər xəsarət alıb, 4-nün durumu ağırdır 

“Figaro”: Fransada polislə toqquşmalarda azı 60 nəfər xəsarət alıb, 4-nün durumu ağırdır 

DÜNYA

61

01.11.2026, 17:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransanın bir neçə şəhərində nümayişlərin iğtişaşlara çevrilməsi və polislə toqquşmalar nəticəsində ölkə üzrə etiraz aksiyalarında azı 60 nəfər xəsarət alıb.

Bu barədə “Le Figaro” qəzeti təcili tibbi yardım xidmətlərinə istinadən məlumat yayıb.

Toqquşmalar zamanı xəsarət alanlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Polislər arasında da xəsarət alanlar var. Marsel Polis Prefekturasının məlumatına görə, təkcə bu şəhərdə iğtişaşların yatırılması və talan hallarının qarşısının alınması zamanı hüquq-mühafizə orqanlarının 19 əməkdaşı yaralanıb. Bununla yanaşı, Parisdə bir neçə jandarm əməkdaşı etiraz aksiyasının aqressiv iştirakçılarının onların üzərinə yandırıcı qarışıq olan pirotexniki vasitələr atmasından sonra ciddi yanıq xəsarətləri alıb.

Qeyd edək ki, oktyabrın 31-də Fransada etiraz aksiyaları yenidən başlayıb. Paytaxtda yürüşün sonunda aqressiv əhval-ruhiyyəli etirazçılar hüquq-mühafizə əməkdaşlarına daş və butulkalar atmağa başlayıblar. Buna cavab olaraq polis gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib. Digər şəhərlərdə də polislə toqquşmalar baş verib. Şənbə günü yerli vaxtla saat 21:00-a olan məlumata görə, ölkə üzrə 565 nəfər saxlanılıb.

Oktyabrın 31-də keçirilən etirazlar oktyabrın 17 və 24-də baş tutmuş, bir sıra şəhərlərdə polislə toqquşmalar və mağazaların qarət edilməsi ilə müşayiət olunmuş genişmiqyaslı aksiyaların davamı olub.