Qaynar xətt:

(+99450) 247 90 86

Qurban Qurbanov onları cəzalandıracaq? - Video

Qurban Qurbanov onları cəzalandıracaq? - Video

İDMAN

68

31.10.2026, 21:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın futbolçuları Mateus Silva və Marko Yankoviç arasında yaşanan mübahisəyə münasibət bildirib.

Oxu24.com  xəbər verir ki, baş məşqçi oyundan sonra keçirilən mətbuat konfransında futbolçuların cəzalandırılacağını vurğulayıb:

"Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Onlar komanda yoldaşı və dostdurlar. Həmişə bir yerdədirlər, bir-birlərinə qarşı müsbət münasibət bəsləyirlər. Hadisəni tam araşdırmamışam. Ola bilər ki, oyunda onları əsəbiləşdirən hansısa məqam olub. Bunu hələ bilmirik. Amma yüz faiz cəzalandırılacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir".

Qeyd edək ki, Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Qəbələ" - "Qarabağ" qarşılaşmasının (0:0) gedişində iki futbolçu arasında mübahisə yaşanıb. Fasilədə Qurban Qurbanov hər iki oyunçunu əvəzləyib.