Bərdədə 17 yaşlı oğlanın meyiti evdə tapıldı
31 Oktyabr 2026, 20:37
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
65
31.10.2026, 20:51
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanındakı siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev həbsdən azad edilib.
Oxu24.com “Qafqazinfo"ya istinadən xəbər verir ki, Tağıyev elə ilk məhkəməsində ev dustaqlığına buraxılıb.
Gömrükçü limandakı qaçaqmalçılıq cinayətindən sonra ölkədən qaçmışdı. 1 il beynəlxalq axtarışdan sonra o, 1 ay əvvəl Ukraynada tutularaq Azərbaycana ekstradisiya edildi.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən birinci iclasda təqsirləndirilən şəxsin vəkili müvəkkilinin həbsdə deyil, sərbəst mühakimə edilməsini xahiş edib. Vəkil vəsatətini müvəkkilinin istintaqdan yayınma ehtimalının olmadığı ilə əsaslandırıb.
Əsas hakim Azər Tağıyevin qərarı ilə Ənvər Tağıyev ev dustaqlığına buraxılıb.
İttihama görə, Ənvər Tağıyev, Bakı Hövsan Limanının sahibi Ruslan Eyyubov, limanın baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov və digərləri ilə əlbir olaraq aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə şərait yaradıblar.
Adıçəkilən şəxslərin də hazırda başqa icraatda məhkəməsi gedir. Bu yaxınlarda onlar da ev dustaqlığına buraxılıblar.
Ənvər Tağıyev isə ona görə ittiham edilir ki, “Bayandur” gəmisi ilə qaçaqmal siqaret gətirilən gün xidmətdə olub. O, həmin gecə Baş direktor Rəşad Daşdəmirovun otağına gedib, içində qaçaqmal olan gəminin sahilə yan aldığı barədə məlumat aldığını deyib.
Lakin Ənvər Tağıyev ittihamda yazılanlarla razı deyil, hadisədən xəbərsiz olduğunu deyərək özünü təqsirli saymır: “Orada Hövsan limanı və hövsan gömrük postu var. Gömrük postu limanın rejim ərazisindən kənardır. Mən də postdakı əməliyyatçılardan idim, nə tapşırıq verilibsə, onu yerinə yetirmişəm. “Bayandur” gəmisi və onun yükü barədə isə ümumiyyətlə, məlumatım olmayıb. Hamı kimi bir neçə saat sonra bildim ki, gəmi saxlanılıb”.
Təqsirləndirilən şəxs prokurorun suallarını cavablandırarkən Hövsan postunda boşluqlar olduğunu etiraf edib. Tağıyevin dediyinə görə, postdakı nöqsanlarla bağlı işlədiyi Baş idarəyə dəfələrlə məlumat verib: “Hər dəfə məruzə edirdim ki, Hövsan postunda boşluqlar var. Kameralar yoxdur, təhlükəsizlik zəifdir. Gələcəkdə orada qarşısıalınmaz hadisələr ola biləcəyini demişdim. Amma mən işdən çıxandan sonra verdiyim arayışların hamısını məhvetməyə yollayıblar”.
Bununla da Tağıyev sərbəst ifadəsini yekunlaşdırıb, özünü heç bir epizod üzrə təqsirli bilməyib.
Qeyd edək ki, 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işinin istintaqını Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb. İstintaqla içlərində gömrükçü, hərbçi və vəzifəli şəxslər olan onlarla şəxs cinayət məsuliyyətinə cəlb edilib. Hələlik heç bir işdə hökm yoxdur.
21:19 / 31 Oktyabr 2026
1
21:09 / 31 Oktyabr 2026
32
20:59 / 31 Oktyabr 2026
123
20:46 / 31 Oktyabr 2026
59
20:37 / 31 Oktyabr 2026
59
20:33 / 31 Oktyabr 2026
80
20:25 / 31 Oktyabr 2026
58
19:58 / 31 Oktyabr 2026
132
19:44 / 31 Oktyabr 2026
76
19:37 / 31 Oktyabr 2026
78
19:29 / 31 Oktyabr 2026
499
19:28 / 31 Oktyabr 2026
130
19:26 / 31 Oktyabr 2026
129
19:20 / 31 Oktyabr 2026
83
19:20 / 31 Oktyabr 2026
558
19:18 / 31 Oktyabr 2026
266
19:14 / 31 Oktyabr 2026
400
19:12 / 31 Oktyabr 2026
106
19:07 / 31 Oktyabr 2026
75
18:54 / 31 Oktyabr 2026
95
18:25 / 31 Oktyabr 2026
2459
17:00 / 31 Oktyabr 2026
250
16:58 / 31 Oktyabr 2026
1398
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.