Azərbaycanda yeni cərimələr müəyyənləşdirilir
31 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
60
31.10.2026, 23:22
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub.
Oxu24.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir incəsənətə həsr eddilmiş beynəlxalq mədəniyyət məkanı "Wadi AlFann"ın sifarişi ilə hazırlanan "Zikra: xatirələr gecəsi" tamaşası çoxsaylı mükafatlara layiq görülmüş rejissor və xoreoqraf Əkrəm Xanın ən son yaradıcılıq işidir.
Müasir rəqs və klassik hind rəqsinin özünəməxsus hərəkət dilini bir araya gətirən Əkrəm Xan bu layihədə vizual rejissor Mənal Əl-Dovayan ilə əməkdaşlıq edib. Tamaşanın səhnə tərtibatı və geyim dizaynı da onun tərəfindən hazırlanıb. Layihə Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Fondunun tərəfdaşlığı ilə təqdim olunur.
Ərəb dilində "yaddaş" və "xatırlama" mənalarını verən "Zikra" bir gecəlik ritual kimi düşünülüb. Tamaşada qadınlar bir gecəlik bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışırlar. Müqəddəs mərasim və ortaq xatirələrin yada salınması vasitəsilə onlar zamanın sərhədlərini aşaraq keçmişlə bu günü birləşdirir, mənəvi yenilənmə aktını gerçəkləşdirirlər.
Tamaşanın orijinal musiqisi hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş tərəfindən bəstələnib. Musiqi 40-dan çox beynəlxalq ifaçının iştirakı ilə hazırlanıb. Buraya Əl-Ula şəhərinin yerli musiqiçilərinin ifalarının audio yazıları da daxildir. Layihə Əl-Ulanın incəsənət və dizayn mərkəzi olan "Madrasat Addeera", Əl-Ula Musiqi Mərkəzi və yerli icmanın üzvləri ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
"Akram Khan Company"nin bədii rəhbəri və həmtəsisçisi Əkrəm Xan bildirib: "Zikra: xatirələr gecəsi" yaddaş, nələri gələcəyə daşımağı seçdiyimiz və nələri geridə qoymalı olduğumuz barədə şəxsi və mənəvi düşüncələri əks etdirən bir əsərdir. Mənal Əl-Dovayan ilə əməkdaşlıq etmək və Əl-Ulanın təbii mənzərələri fonunda "Zikra"nı yaratmaq mənə incəsənətin müxtəlif mədəniyyətləri, coğrafiyaları və nəsilləri birləşdirmək gücünü bir daha xatırlatdı. Bu əsər şirkətin hazırkı yaradıcılıq mərhələsi üçün mənalı bir yekun təsiri bağışlayır. O, son 25 ildə bizi formalaşdıran hekayələrin, ideyaların və əlaqələrin bir növ bayramıdır"
Tamaşanın vizual dünyası "Wadi AlFann"ın rəssamı Mənal Əl-Dovayan tərəfindən yaradılıb. O, 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanı pavilyonunda nümayiş etdirilən irimiqyaslı multimedia instalyasiyası ilə tanınır.
"Zikra" layihəsində rəssam ənənəvi sənətkarlıq nümunələrini müasir formalarla birləşdirib. Təbii boyalar səhranın rəng çalarlarını əks etdirir, Əl-Ulanın irsindən qaynaqlanan həndəsi naxışlar isə hər bir obrazın rolunu və simvolik mənasını vurğulayır.
Mənal Əl-Dovayan deyib: "Zikra: xatirələr gecəsi" yaddaşın gücü, qadınların hekayələri və icmanın birliyi haqqındadır. Bu layihə mənim üçün şəxsi baxımdan da mühüm mərhələdir. Çünki ilk dəfədir ki, həm geyim, həm də səhnə tərtibatı üzərində çalışıram. Eyni zamanda, dostum və böyük yaradıcılıq potensialına malik Əkrəm Xanla ilk əməkdaşlığımdır. Bu unikal fürsət mənə ifaçılıq sənətini öz yaradıcılıq fəaliyyətimə daxil etmək, səhnə performansını, səsi, geyim dizaynını və yerli sənətkarlığı bir araya gətirərək, keçmişə ehtiram göstərmək və gələcəyə ilham vermək imkanı yaradıb".


Əsər Əl-Ulanın qədim miflərindən və möhtəşəm təbiət mənzərələrindən ilhamlanaraq hazırlanıb. Tamaşanın məkan üçün xüsusi olaraq yaradılmış dünya premyerası 2025-ci ilin yanvarında Əl-Ulanın qədim vahəsində, səhranın qayalı kanyonları fonunda, açıq səma altında nümayiş etdirilib. Bu təqdimat "AlUla Arts Festival 2025" çərçivəsində baş tutub.
23:55 / 31 Oktyabr 2026
50
23:52 / 31 Oktyabr 2026
66
23:44 / 31 Oktyabr 2026
132
22:59 / 31 Oktyabr 2026
121
22:32 / 31 Oktyabr 2026
778
22:31 / 31 Oktyabr 2026
92
21:19 / 31 Oktyabr 2026
114
21:09 / 31 Oktyabr 2026
105
20:59 / 31 Oktyabr 2026
996
20:51 / 31 Oktyabr 2026
175
20:46 / 31 Oktyabr 2026
103
20:37 / 31 Oktyabr 2026
104
20:33 / 31 Oktyabr 2026
144
20:25 / 31 Oktyabr 2026
90
19:58 / 31 Oktyabr 2026
286
19:44 / 31 Oktyabr 2026
99
19:37 / 31 Oktyabr 2026
92
19:29 / 31 Oktyabr 2026
752
19:28 / 31 Oktyabr 2026
173
19:26 / 31 Oktyabr 2026
195
19:20 / 31 Oktyabr 2026
101
19:20 / 31 Oktyabr 2026
1087
19:18 / 31 Oktyabr 2026
407
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.