Qaynar xətt:

(+99450) 247 90 86

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı – 200 manat verilir, əvəzində…

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı – 200 manat verilir, əvəzində…

CƏMİYYƏT

390

31.10.2026, 20:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəlif maliyyə əməliyyatları üçün istifadə edirlər.

Kazımovun sözlərinə görə, bankların bir bank məhsulu üzrə yalnız bir kart verməsi yanaşmasının səbəblərindən biri də məhz bu cür halların qarşısını almaqdır.

Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, bu təcrübə xüsusilə Rusiyada geniş yayılıb və hazırda Azərbaycanda da müşahidə olunur:

“Belə hallarda dələduzlar, əsasən, yaşlı insanlara yaxınlaşaraq onlardan müəyyən məbləğdə pul müqabilində bank kartı əldə etməyi xahiş edirlər. Vətəndaş isə bunun təhlükəli olduğunu düşünmədən kartı əldə edib həmin şəxsə təqdim edir. Beləliklə, insanların maliyyə savadlılığının və məlumatlılığının yetərli olmamasından sui-istifadə edilir. Bu cür dələduzluq halları ilə bağlı Azərbaycanda hələlik ayrı-ayrı faktlar qeydə alınır. Bununla bağlı maarifləndirmə işlərinin aparılması və banklar tərəfindən müəyyən qabaqlayıcı tədbirlərin görülməsi nəzərdə tutulur. Taleh Kazımov iqtisadçılarla görüşdə belə şəxslərin “dropper” adlandırıldığını qeyd etdi. Mən ilk dəfə bu termini eşidirdim”.