Göz təzyiqinin normal olması sizi aldatmasın! – HƏKİM DANIŞDI
09 Noyabr 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
380
21.07.2026, 11:59
Gündəlik həyatda bir çox insanın qarşılaşdığı və zaman-zaman önəmsəmədiyi hallardan biri də göz önündə yaranan uçuşan nöqtələr, ləkələr və parıltılardır. Bəzən sadə bir yorğunluq və ya kiçik optik xüsusiyyət kimi qiymətləndirilən bu görüntülər, əslində gözün daxili strukturlarında baş verən dəyişikliklərin xəbərçisi ola bilər. Xüsusilə yaş artdıqca gözün arxa hissəsindəki toxumalarda baş verən proseslər hər zaman təhlükə daşımasa da, bəzi hallarda ciddi problemlərin ilkin əlaməti kimi diqqət çəkir. Mütəxəssislər bu cür əlamətlərin hansı hallarda riskli ola biləcəyi və nələrə diqqət edilməsi vacibliyi barədə xəbərdarlıq edirlər. Göz sağlamlığında yaranan bu cür dəyişikliklərin səbəbləri və hansı vəziyyətdə həkimə müraciət edilməsi lazım olduğu açıqlanıb.
Mövzu ilə bağlı Oxu24.com-a danışan oftalmoloq-cərrah Uzm. Dr. Mustafa Kılıç bildirib ki, bu cür hallar onlara sual olaraq çox gəlir:
"Gözümüzdə uçuşan qaranlıq nöqtələr, mişekler və s. bunları çox görürük. Bu bizə sual olaraq çox gəlir. Bunlar nə ola bilər? Ən çox qarşılaşdığımız yaşla bərabər ortaya çıxan gözün arxa hissəsində şövari cisim dediyimiz bir vitreusta degenerasiya dediyimiz yapıya bulaq olaraq gördüyümüz nöqtələrdir bunlar. Digər adı vitreus flatdır deyə keçər”.
Həkim bunun çox önəmli olmadığını qeyd edib, amma baxdığımız zaman gözümüzün qarşısında bəzən hissə-hissə şəlalələr görürük, bəzən ip kimi görürük:
“Gözümüzün önündə sağa-sola baxanda hərəkət edən həmin nöqtələr çox vacib deyil. Lakin bəzən mühüm problemlərin əlaməti də ola bilər. Çünki gözün arxasında torlu qişamızda hər hansı bir yırtıq və ya qopma baş verərsə, bunlar həmin halların da göstəricisi ola bilər”.
Mustafa Kılıç sonda xəbərdarlıq edib ki, buna laqeyd yanaşmamalıyıq. Gözümüzdə keçməyən, davam edən və xüsusilə rəngli tüstü, müxtəlif ləkələr görürürüksə, yaxud gözümüzün önündə bunlarla yanaşı şimşək çaxması, işıq parıltısı və sair kimi hallar varsa, dərhal göz həkiminə müraciət edərək müayinədən keçməliyik. Bu, gözün arxa hissəsindəki torlu qişada yarana biləcək hər hansı bir problemin xəbərçisi ola bilər.
Çimnaz Telmanqızı
18:25 / 09 Noyabr 2026
1
18:14 / 09 Noyabr 2026
36
18:02 / 09 Noyabr 2026
123
17:57 / 09 Noyabr 2026
66
17:56 / 09 Noyabr 2026
39
17:55 / 09 Noyabr 2026
79
17:38 / 09 Noyabr 2026
169
17:36 / 09 Noyabr 2026
96
17:22 / 09 Noyabr 2026
158
17:14 / 09 Noyabr 2026
99
16:56 / 09 Noyabr 2026
733
16:53 / 09 Noyabr 2026
463
16:43 / 09 Noyabr 2026
207
16:37 / 09 Noyabr 2026
167
16:32 / 09 Noyabr 2026
119
16:28 / 09 Noyabr 2026
99
16:25 / 09 Noyabr 2026
326
16:23 / 09 Noyabr 2026
189
16:19 / 09 Noyabr 2026
154
16:06 / 09 Noyabr 2026
826
15:54 / 09 Noyabr 2026
1450
15:49 / 09 Noyabr 2026
106
15:47 / 09 Noyabr 2026
281
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.