Dağ havası orqanizmə nə edir? – Terapevt mühüm faydaları açıqladı
07 Avqust 2026, 17:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
425
16.07.2026, 23:25
Ürəyin ətrafına maye yığılması, tibbi dildə perikardial efüziya adlandırılan vəziyyət, müxtəlif səbəblərdən yarana bilər və vaxtında diaqnoz qoyulmadıqda həyati təhlükə yarada bilər. Mütəxəssislər bildirirlər ki, bu hal bəzən sadə virus infeksiyasının nəticəsi olsa da, bəzi hallarda ağır ürək, onkoloji və autoimmun xəstəliklərin ilk əlaməti kimi də ortaya çıxa bilər.
Kardioloq-terapevt İslam Əziz Oxu24.com-a açıqlamasında bildirib ki, ürəyin ətrafında yerləşən perikard kisəsində normada az miqdarda maye olur. Bu maye ürəyin rahat işləməsini təmin edir. Lakin müxtəlif səbəblərdən həmin mayenin həcmi artdıqda ürəyin fəaliyyəti pozula, qan dövranı çətinləşə və xəstənin həyatı üçün təhlükəli vəziyyət yarana bilər.
Həkimin sözlərinə görə, perikardial efüziyanın ən çox rast gəlinən səbəblərindən biri virus infeksiyalarıdır. Xüsusilə qrip və digər virus mənşəli xəstəliklərdən sonra ürək qişasında iltihab yaranaraq maye toplanmasına səbəb ola bilər. Bununla yanaşı, bakterial infeksiyalar, xüsusilə vərəm xəstəliyi də ürək ətrafında maye yığılmasının əsas səbəblərindən hesab olunur.
İslam Əziz qeyd edib ki, bəzi onkoloji xəstəliklər də bu problemin yaranmasına səbəb olur. Xüsusilə ağciyər və süd vəzi xərçəngi, eləcə də digər orqanların bədxassəli şişlərinin metastazları ürək qişasına yayılaraq burada maye toplanmasına gətirib çıxara bilər.
Mütəxəssis bildirib ki, autoimmun xəstəliklər də risk faktorları sırasındadır. Qırmızı qurd eşənəyi (SLE), revmatoloji xəstəliklər və digər immun sistem pozğunluqları zamanı orqanizmin öz toxumalarına qarşı yaratdığı iltihab perikardda maye toplanmasına səbəb ola bilər.
Kardioloqun sözlərinə görə, qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsi, yəni hipotireoz da ürək ətrafında maye yığılmasına səbəb ola bilən endokrin problemlərdəndir. Bundan başqa, ürək çatışmazlığı, miokard infarktından sonrakı dövr, ürək əməliyyatlarından sonrakı ağırlaşmalar, döş qəfəsinin travmaları, eləcə də bəzi dərman preparatlarının yan təsirləri də perikardial efüziya yarada bilər.
İslam Əziz vurğulayıb ki, xəstələrdə yaranan əlamətlər mayenin miqdarından və onun nə qədər sürətlə toplandığından asılıdır. Bəzi insanlarda uzun müddət heç bir şikayət olmaya bilər. Lakin maye artdıqca nəfəs darlığı, döş qəfəsində ağrı, ürəkdöyünmə, güclü halsızlıq, arterial təzyiqin enməsi və ümumi vəziyyətin pisləşməsi müşahidə edilir.
Mütəxəssis qeyd edib ki, bu vəziyyət vaxtında müdaxilə olunmadıqda ürəyin sıxılması – kardial tamponada adlanan həyati təhlükəli ağırlaşmaya səbəb ola bilər. Belə hallarda ürək normal şəkildə yığıla bilmir və orqanizmin qanla təminatı kəskin pozulur. Bu isə təcili tibbi yardım tələb edən vəziyyətdir.
Həkimin sözlərinə görə, diaqnozun dəqiqləşdirilməsi üçün bir sıra müayinələr aparılmalıdır. Elektrokardioqram (EKQ), exokardioqrafiya (ürəyin ultrasəs müayinəsi), döş qəfəsinin rentgenoqrafiyası və ya kompüter tomoqrafiyası, eləcə də laborator analizlər xəstəliyin səbəbinin müəyyənləşdirilməsində mühüm rol oynayır.
İslam Əziz bildirib ki, müalicə mayenin yaranma səbəbindən asılı olaraq seçilir. Əgər səbəb infeksiyadırsa, uyğun dərman müalicəsi aparılır, autoimmun xəstəliklərdə iltihabəleyhinə preparatlar tətbiq olunur, ürək çatışmazlığı və digər xəstəliklərdə isə əsas patologiya müalicə edilir.
Lakin perikard kisəsində toplanan maye həddindən artıq çox olduqda və ürəyin fəaliyyətinə maneə yaratdıqda, dərman müalicəsi kifayət etmir. Bu zaman xüsusi tibbi prosedur vasitəsilə perikard boşluğundakı maye xaric edilir. Kardioloqun sözlərinə görə, belə müdaxilə bir çox hallarda xəstənin həyatını xilas edən yeganə çıxış yolu olur.
Mütəxəssis sonda vurğulayıb ki, səbəbi bilinməyən nəfəs darlığı, döş qəfəsində ağrı, ürəkdöyünmə və güclü halsızlıq kimi əlamətlər olduqda özünü müalicə ilə məşğul olmaq əvəzinə vaxt itirmədən kardioloqa müraciət etmək lazımdır. Erkən diaqnostika və düzgün müalicə ürək ətrafına maye yığılması nəticəsində yarana biləcək ağır fəsadların qarşısını almaqda həlledici rol oynayır.
Nigar
00:28 / 09 Avqust 2026
38
23:54 / 08 Avqust 2026
52
23:46 / 08 Avqust 2026
62
23:40 / 08 Avqust 2026
64
23:31 / 08 Avqust 2026
67
22:59 / 08 Avqust 2026
76
22:42 / 08 Avqust 2026
61
22:31 / 08 Avqust 2026
79
22:06 / 08 Avqust 2026
82
21:07 / 08 Avqust 2026
86
16:08 / 08 Avqust 2026
151
16:05 / 08 Avqust 2026
140
14:53 / 08 Avqust 2026
155
13:55 / 08 Avqust 2026
99
13:30 / 08 Avqust 2026
92
13:15 / 08 Avqust 2026
177
13:01 / 08 Avqust 2026
117
12:59 / 08 Avqust 2026
160
12:49 / 08 Avqust 2026
164
12:45 / 08 Avqust 2026
616
12:45 / 08 Avqust 2026
115
12:30 / 08 Avqust 2026
122
12:13 / 08 Avqust 2026
891
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.