Hər səhər qəhvə içənlər bunu BİLMƏLİDİR!
11 Noyabr 2026, 10:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
584
25.05.2026, 22:57
Bir çox insan ümumi qan analizində hemoqlobin göstəricisinin normal çıxdığını görərək özündə qanazlığı olmadığını düşünür. Halbuki mütəxəssislər bildirirlər ki, yalnız hemoqlobinə baxmaq orqanizmdə dəmir çatışmazlığının olub-olmadığını müəyyən etmək üçün kifayət etmir.
Terapevt Günay Qasımova Oxu24.com saytına açıqlamasında bildirib ki, bəzən hemoqlobin normal olsa belə, orqanizmdə gizli dəmir çatışmazlığı müşahidə olunur və bu vəziyyət zamanla ciddi problemlərə səbəb ola bilər.
Həkimin sözlərinə görə, xüsusilə halsızlıq, tez yorulma, saç tökülməsi, dırnaqların qırılması, başgicəllənmə, diqqət dağınıqlığı, ürəkdöyünmə və yuxululuq kimi əlamətləri olan şəxslər yalnız hemoqlobinlə kifayətlənməməli, daha geniş analizlər verməlidirlər.
“Pasiyentlərin bir çoxu düşünür ki, hemoqlobin 120 və ya ona yaxın göstəricidirsə, deməli qanazlığı yoxdur. Amma bu, hər zaman doğru yanaşma deyil. Çünki orqanizmdə dəmir ehtiyatı artıq azalmış ola bilər və bu vəziyyət analizlərdə yalnız əlavə göstəricilər vasitəsilə üzə çıxır”, – deyə terapevt vurğulayıb.
Günay Qasımovanın sözlərinə görə, dəmir mübadiləsini düzgün qiymətləndirmək üçün ferritin, transferrin, serum dəmiri və dəmirin birləşmə qabiliyyəti kimi göstəricilər mütləq yoxlanılmalıdır.
Həkim izah edib ki, ferritin orqanizmdə dəmirin depo şəklində saxlanmasına cavabdeh olan zülaldır. Ferritin aşağı olduqda bu, bədəndə dəmir ehtiyatlarının azaldığını göstərir. Transferrin isə dəmiri daşıyan xüsusi zülaldır və onun göstəricilərindəki dəyişikliklər də dəmir çatışmazlığı barədə məlumat verir.
“Bəzən hemoqlobin hələ normal görünür, amma ferritin artıq ciddi şəkildə aşağı düşür. Bu isə gələcəkdə inkişaf edəcək qanazlığının ilkin siqnalıdır. Yəni insan özünü pis hiss edir, amma standart analizdə problem görünmür”, – deyə o qeyd edib.
Mütəxəssis bildirib ki, xüsusilə qadınlar, hamilələr, yeniyetmələr, ağır pəhriz saxlayan şəxslər və xroniki xəstəlikləri olan insanlar gizli dəmir çatışmazlığı baxımından risk qrupuna daxildir.
Terapevt əlavə edib ki, B12 vitamini və fol turşusunun çatışmazlığı da qanazlığına səbəb ola bilər. Buna görə bəzi hallarda yalnız dəmir yox, B12 və fol turşusu səviyyələrinin də yoxlanılması vacib hesab olunur.
“İnsanlar bəzən özbaşına dəmir preparatları qəbul edir. Halbuki analizsiz qəbul olunan preparatlar bəzi hallarda fayda yox, əksinə zərər verə bilər. Ona görə düzgün diaqnostika əsas şərtdir”, – deyə həkim bildirib.
Günay Qasımova qeyd edib ki, gizli dəmir çatışmazlığı vaxtında aşkarlanmasa, immun sisteminin zəifləməsi, xroniki yorğunluq, iş qabiliyyətinin azalması, saç və dəri problemləri, hətta ürək-damar sistemində müəyyən pozuntular yarana bilər.
Mütəxəssis insanlara balanslı qidalanmağı, dəmirlə zəngin məhsullardan istifadə etməyi və xüsusilə uzun müddət davam edən halsızlıq zamanı həkim müayinəsindən keçməyi tövsiyə edib.
Terapevtin sözlərinə görə, sağlamlıqla bağlı ən böyük səhvlərdən biri yalnız bir analiz göstəricisinə əsaslanaraq nəticə çıxarmaqdır və orqanizmdə gedən dəyişiklikləri vaxtında aşkar etmək üçün geniş laborator müayinələr böyük əhəmiyyət daşıyır.
Hazırladı: Şahbaz
13:19 / 11 Noyabr 2026
1
13:13 / 11 Noyabr 2026
25
12:57 / 11 Noyabr 2026
96
12:54 / 11 Noyabr 2026
86
12:48 / 11 Noyabr 2026
83
12:44 / 11 Noyabr 2026
110
12:35 / 11 Noyabr 2026
167
12:32 / 11 Noyabr 2026
94
12:29 / 11 Noyabr 2026
75
12:24 / 11 Noyabr 2026
471
12:19 / 11 Noyabr 2026
310
12:15 / 11 Noyabr 2026
94
12:09 / 11 Noyabr 2026
88
11:57 / 11 Noyabr 2026
577
11:50 / 11 Noyabr 2026
120
11:49 / 11 Noyabr 2026
181
11:43 / 11 Noyabr 2026
1025
11:34 / 11 Noyabr 2026
112
11:32 / 11 Noyabr 2026
157
11:28 / 11 Noyabr 2026
169
11:16 / 11 Noyabr 2026
340
11:13 / 11 Noyabr 2026
94
11:11 / 11 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.