Gözümüzdə uçuşan nöqtələr nəyin xəbərçisidir? — Həkimdən XƏBƏRDARLIQ
21 İyul 2026, 11:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
589
11.03.2026, 20:12
Rəngli linzalar göz rəngimizi dəyişdirərək xarici görünüşümüzə fərqli ab-hava qatır. Bir qism insanlar daha çox estetik gözəllik xatirinə istifadə olunan linzaların gözə həddindən artıq zərərli olduğunu və gözün zəifləməsinə gətirib çıxardığını söyləsə də, bəzi insanlar bunun heç də zərərli olmadığını bildirirlər.
Qeyd edək ki, dünyada hər gün 3 nəfər linzadan düzgün istifadə etmədiyi üçün görmə qabiliyyətini itirir. Linzalarla bağlı problemlər onların keyfiyyətsiz və saxta variantlarının da bazarda yer alması ilə izah olunur. Bir sözlə, bu kiçik göz “aksesuarları” gözlərimiz üçün təhlükələr yarada bilər.
Oftalmoloq Emil Yusifov Oxu24.com-a açıqlamasında linzaların doğru istifadə edilmədiyi təqdirdə insanın görməsinə göstərəcək mənfi təsirlərdən söz açıb.
Onun sözlərinə görə, rəngli kontak linzalarından istifadə edərkən məhsulun keyfiyyətindən əmin olmaq lazımdır:
“Bəzən insanlar kontak linzalarla yatırlar. Bu, olduqca böyük təhlükələrə yol aça bilər. Gecə yatarkən linzalar mütləq gözdən çıxarılmalıdır. Bəzi firmalar məhsullarını satarkən gecə yatdıqda linzanı çıxarmağa hec bir ehtiyacın olmadığını söyləsələr də, buna aldanmaq lazım deyil. Əslində linzalar göz səthində nə qədər az qalsa, bir o qədər yaxşıdır”.
Həkim qeyd edib ki, reseptsiz satılan rəngli kontakt linzalar hər kəsə uyğun deyil:
“Həm nömrəli, həm də nömrəsiz rəngli kontakt linzalar oftalmoloq tərəfindən təyin olunmalıdır. Rəngli kontakt linzalar adi linzalardan daha qalın, daha sərt olur və daha az oksigen alır. Bu, infeksiya ehtimalını artırır. Əgər bakteriya və ya digər mikroorqanizmlər kontakt linzalarınızın altında qalarsa, onlar buynuz qişa yaralarına səbəb ola bilər.
İstər rəngli, istər də rəngsiz göz linzaları düzgün istifadə edilmədikdə gözlərə zərər verir. Ona görə də həkimlə məsləhətləşməmiş linza alıb istifadə etmək sonradan bəzi fəsadlara səbəb ola bilər”.
Həmsöhbətimiz linza istifadə edərkən yararlılıq müddətinə fikir verməyin də vacib olduğunu vurğulayıb:
“Yararlılıq müddəti linza açılmayana qədər saxlanıla bilən müddətdir. İstifadə müddəti isə linza açıldıqdan sonra hesablanır. Linzaların yararlılıq müddəti 2-3 il olsa da, istifadə müddəti fərqli ola bilər. Misal üçün, 1 günlük, həftəlik, aylıq, 6 aylıq da linzalar olur. Belə linzalardan 1-3 il istifadə isə ciddi fəsadlarla nəticələnə bilər. Bütün bu göstəricilər linzanın qabında göstərilməlidir”.
Yeganə
10:31 / 22 İyul 2026
1
10:23 / 22 İyul 2026
26
10:21 / 22 İyul 2026
21
10:01 / 22 İyul 2026
40
09:46 / 22 İyul 2026
46
09:44 / 22 İyul 2026
47
09:41 / 22 İyul 2026
50
09:25 / 22 İyul 2026
54
09:22 / 22 İyul 2026
76
09:20 / 22 İyul 2026
55
09:16 / 22 İyul 2026
57
09:09 / 22 İyul 2026
65
00:09 / 22 İyul 2026
151
00:05 / 22 İyul 2026
95
23:21 / 21 İyul 2026
139
22:29 / 21 İyul 2026
176
22:16 / 21 İyul 2026
164
21:47 / 21 İyul 2026
95
21:41 / 21 İyul 2026
187
21:37 / 21 İyul 2026
220
21:08 / 21 İyul 2026
157
20:58 / 21 İyul 2026
166
20:45 / 21 İyul 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.