Prezident bu xəbəri Dublində AÇIQLADI
13 Noyabr 2026, 09:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
30
13.11.2026, 10:08
Maliyyə naziri Sahil Babayev 2027-ci ildə Azərbaycanda böyük həcmli sosial paket icra olunacağını açıqlayıb.
Sitat: “Bu sosial paketin həyata keçirilməsi üçün maliyyə təminatı büdcədə ehtiyat fond şəklində nəzərdə tutulub. Hökumət tərəfindən hazırlanan layihələr yekun variantda dövlət başçısına təqdim olunduqdan və müvafiq fərmanlar imzalandıqdan sonra həmin vəsaitlərin aidiyyəti maddələr üzrə bölüşdürülməsi həyata keçiriləcək və bu rəqəmləri hamımız görə biləcəyik”.
2027-ci ildə nəzərdə tutulan böyük sosial paketin əsas istiqamətləri nələr ola bilər? Sosial paketin çərçivəsində pensiya, müavinət və əməkhaqlarında artımlar gözlənilirmi?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib ki, sosial paketlər dedikdə əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, sosial infrastrukturun formalaşdırılması və bu sahədə proqramların maliyyələşdirilməsi başa düşülür:
“Ehtiyat fondu isə dövlət büdcəsində, xüsusilə Prezidentin ehtiyat fondu şəklində nəzərdə tutulur. Cari dövrdə ölkə başçısının müvafiq sərəncamları əsasında bu fonddan vəsait ayrılır. Həmçinin hər ilin altı aylıq yekunları üzrə Milli Məclisdə keçirilən müzakirələrdən sonra vəziyyət imkan verdiyi təqdirdə büdcənin xərc maddələrinə əlavə və dəyişikliklər edilə bilər”.
İqtisadçı bildirib ki, son dövrlərdə hökumət nümayəndələrinin açıqladığı istiqamətlərə görə, 2027-ci ildə əmək pensiyalarının, o cümlədən əlilliyə, hərbi xidmətə görə təyin olunan pensiyaların indeksasiyası və artırılması gözlənilir:
“Bununla yanaşı, ailə tərkibində dəyişikliklər, uşaqların dünyaya gəlməsi, eləcə də vəfat halları ilə bağlı məsələlərdə də müəyyən dəstək tədbirlərinin həyata keçirilməsi ehtimal olunur. Bütün bunlar gələcəkdə hansı istiqamətlər üzrə sosial dəstəyin göstərilə biləcəyi barədə müəyyən təsəvvür yaradır”.
10:02 / 13 Noyabr 2026
26
09:51 / 13 Noyabr 2026
61
09:46 / 13 Noyabr 2026
355
09:44 / 13 Noyabr 2026
63
09:38 / 13 Noyabr 2026
72
09:34 / 13 Noyabr 2026
99
09:33 / 13 Noyabr 2026
59
09:31 / 13 Noyabr 2026
64
01:52 / 13 Noyabr 2026
291
01:49 / 13 Noyabr 2026
798
01:42 / 13 Noyabr 2026
47
00:49 / 13 Noyabr 2026
154
00:18 / 13 Noyabr 2026
146
00:17 / 13 Noyabr 2026
226
23:53 / 12 Noyabr 2026
1695
23:51 / 12 Noyabr 2026
215
23:40 / 12 Noyabr 2026
277
23:34 / 12 Noyabr 2026
141
23:24 / 12 Noyabr 2026
1098
23:20 / 12 Noyabr 2026
143
23:19 / 12 Noyabr 2026
150
23:18 / 12 Noyabr 2026
148
23:12 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.