Pensiya alanlara şad xəbər
13 Noyabr 2026, 09:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
39
13.11.2026, 09:44
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyevin sözlərinə görə, bunun əsas üstünlüklərindən biri odur ki, maaşın yalnız əmək müqaviləsində və ya müvafiq informasiya sistemində göstərilən məbləğdə rəsmiləşdirilməsi deyil, faktiki ödənilməsi də elektron məlumatlar əsasında izlənilə biləcək.
Sitat: “İşçilərə əməkhaqqı və digər ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilən məlumatlar əsasında Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunan elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur”.
Yeni mexanizmin üstünlüyü nələr olacaq? İşəgötürənləri hansı proses gözləyir?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, bu yeniliyin bir neçə mühüm iqtisadi nəticəsi olacaq:
“İlk növbədə, əməkhaqqının bir hissəsinin rəsmi sənədlərdə göstərilməməsi, işçiyə əlavə vəsaitin nağd şəkildə ödənilməsi kimi halların aşkarlanması asanlaşacaq. Hazırda bəzi müəssisələrdə əmək müqaviləsində minimum əməkhaqqı və ya faktiki gəlirdən aşağı məbləğ göstərilir, qalan hissə isə qeyri-rəsmi qaydada ödənilir. Bu praktika dövlət büdcəsinin vergi daxilolmalarına, sosial sığorta sisteminə və işçilərin gələcək pensiya təminatına mənfi təsir göstərir. Yeni mexanizmin tətbiqi nəticəsində əməkhaqqı məlumatları, sosial sığorta ödənişləri və faktiki bank köçürmələri arasında daha sistemli nəzarət imkanı yaranacaq. İşçinin real gəlirinin rəsmiləşdirilməsi onun pensiya kapitalının formalaşmasına, gələcək sosial təminatına, xəstəlik və məzuniyyət dövründə aldığı ödənişlərə də müsbət təsir göstərəcək”.
İqtisadçı bildirib ki, işəgötürənləri müəyyən təşkilati və texniki dəyişikliklər gözləyir:
“Müəssisələr əməkhaqqı uçotunu, mühasibatlıq və insan resursları sistemlərini yeni mexanizmə uyğunlaşdırmalı, əmək müqavilələrindəki məlumatların düzgünlüyünü təmin etməli, mükafatları, əlavələri şəffaf şəkildə rəsmiləşdirməlidirlər. Xüsusilə çoxsaylı işçisi olan müəssisələrdə daxili uçot və ödəniş proseslərinin yenidən qurulmasına ehtiyac yarana bilər. Burada kiçik və orta sahibkarlıq subyektlərinin imkanları da nəzərə alınmalıdır. Çünki hər bir müəssisənin müasir elektron mühasibatlıq sistemlərinə keçid üçün eyni maliyyə və texniki resursları yoxdur. Yeni mexanizmin tətbiqi mərhələli şəkildə həyata keçirilməli, sahibkarlara uyğunlaşma müddəti verilməli və zəruri texniki dəstək təmin olunmalıdır”.
A.İbrahimov qeyd edib ki, bu islahatın uğurlu nəticə verməsi üçün əməkhaqqının rəsmiləşdirilməsi ilə paralel olaraq əməkhaqqı fonduna düşən vergi və sosial sığorta yükü də iqtisadi baxımdan qiymətləndirilməlidir:
“Sahibkarın əməkhaqqını rəsmiləşdirmək marağı gücləndirilməli, leqal məşğulluğun iqtisadi üstünlükləri artırılmalıdır. Əks halda, yüksək əməliyyat və vergi xərcləri qeyri-rəsmi ödənişlərə meyli tam aradan qaldırmaya bilər. Bu mexanizm dövlət büdcəsinə əlavə vergi və sosial sığorta daxilolmaları, işçilərə daha etibarlı sosial təminat, sahibkarlara isə əməkhaqqı uçotunun avtomatlaşdırılması baxımından fayda verəcək. Uzunmüddətli perspektivdə əmək bazarının real göstəricilərinin müəyyənləşdirilməsi, əmək məhsuldarlığının təhlili və iqtisadi siyasətin daha düzgün planlaşdırılması üçün də mühüm məlumat bazası formalaşacaq. Ən vacib məqam yeni mexanizmin tətbiqi zamanı dövlət, işəgötürən və işçi maraqlarının tarazlaşdırılmasıdır. Şəffaflıq artmalı, inzibati prosedurlar sadələşməli, sahibkarlıq fəaliyyətinin xərcləri əsaslandırılmamış şəkildə yüksəlməməli və işçilərin əmək hüquqları etibarlı qorunmalıdır”.
09:51 / 13 Noyabr 2026
10
09:46 / 13 Noyabr 2026
69
09:38 / 13 Noyabr 2026
52
09:34 / 13 Noyabr 2026
86
09:33 / 13 Noyabr 2026
48
09:31 / 13 Noyabr 2026
53
01:52 / 13 Noyabr 2026
291
01:49 / 13 Noyabr 2026
783
01:42 / 13 Noyabr 2026
30
00:49 / 13 Noyabr 2026
154
00:18 / 13 Noyabr 2026
146
00:17 / 13 Noyabr 2026
226
23:53 / 12 Noyabr 2026
1616
23:51 / 12 Noyabr 2026
208
23:40 / 12 Noyabr 2026
269
23:34 / 12 Noyabr 2026
140
23:24 / 12 Noyabr 2026
1079
23:20 / 12 Noyabr 2026
141
23:19 / 12 Noyabr 2026
149
23:18 / 12 Noyabr 2026
147
23:12 / 12 Noyabr 2026
148
23:03 / 12 Noyabr 2026
149
23:02 / 12 Noyabr 2026
297
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.