Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər
13 Noyabr 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
48
13.11.2026, 00:18
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb.
Oxu24.com-un Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbaycan Prezidentini Rumıniyada səfərdə görməkdən məmnun olacağını bildirdi.
Prezident İlham Əliyev münasibətlərimizin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini dedi və əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.
Dövlət başçıları ikitərəfli müzakirələrə əsaslanaraq, strateji tərəfdaşlığımızın dərinləşdirilməsinə, əsas enerji və bağlantı layihələrinin irəlilədilməsinə, həmçinin ortaq siyasi və iqtisadi gündəliyin həyata keçirilməsinə dair fikir mübadiləsi apardılar.
Azərbaycanın Rumıniya üçün və Avropanın enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş olduğu vurğulandı. Enerji sahəsində mövcud əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirildi. Xəzər dənizini və Qara dənizi birləşdirən əməkdaşlığımızın inkişafı üçün böyük potensialın mövcudluğu qeyd edildi.
Görüşdə ölkələrimiz arasında bağlantılar, şəhərlərarası və elm-təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, müdafiə sənayesi sahəsində əlaqələrin perspektivləri qeyd edildi.
Son dövrlərdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə həyata keçirilən səfərlərin əhəmiyyəti vurğulandı.
Rumıniya Prezidenti əlaqələrimizin humanitar-mədəni aspektinin vacib hissəsi kimi paytaxt Buxarestdə Heydər Əliyev parkının mövcudluğunu qeyd etdi və hazırda parkda təmir işlərinin uğurla aparıldığını bildirdi.
00:34 / 13 Noyabr 2026
15
00:17 / 13 Noyabr 2026
48
23:53 / 12 Noyabr 2026
362
23:51 / 12 Noyabr 2026
55
23:40 / 12 Noyabr 2026
102
23:34 / 12 Noyabr 2026
76
23:24 / 12 Noyabr 2026
433
23:20 / 12 Noyabr 2026
76
23:19 / 12 Noyabr 2026
78
23:18 / 12 Noyabr 2026
83
23:12 / 12 Noyabr 2026
83
23:03 / 12 Noyabr 2026
86
23:02 / 12 Noyabr 2026
179
22:59 / 12 Noyabr 2026
83
22:55 / 12 Noyabr 2026
93
22:49 / 12 Noyabr 2026
112
22:40 / 12 Noyabr 2026
91
22:24 / 12 Noyabr 2026
155
22:21 / 12 Noyabr 2026
100
22:13 / 12 Noyabr 2026
110
21:55 / 12 Noyabr 2026
102
21:39 / 12 Noyabr 2026
112
21:26 / 12 Noyabr 2026
1276
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.