Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
13 Noyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
45
13.11.2026, 00:17
"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayış məntəqələri var ki, ailələr yeddi-səkkiz ay evlərini qızdırmalı olur. Ancaq ölkə üzrə eyni istehlak tarifləri və limitlər tətbiq edilir, qaz və elektrik təchizatında aylıq sabit ödənişlər də mövcudddur. Eyni istehlak şərtlərinin müxtəlif iqlim şəraitində yaşayan ailələr üçün tətbiqi ağır nəticələr doğurur".
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib.
"Biz bütün ölkədə kommunal tariflərin birdən dəyişdirilməsindən danışmırıq. Söhbət sərt iqlim şəraitində yaşayan, xüsusilə sərhəd və yüksək dağ kəndlərində məskunlaşan ailələr üçün fərqli yanaşmadan gedir. Belə ərazilərdə qaz və elektrik üzrə istehlak limitlərinin ləğvi, ödənişlərdə isə güzəştli tariflərin tətbiqini təklif edirik. Həmin kəndlərdə çalışan həkim və müəllimlər üçün də iqlim və məsafə nəzərə alınmaqla, əlavə ödəniş əmsalları müəyyən edilə bilər. Sərhəd və dağ kəndlərində məskunluğun gücləndirilməsi üzrə dövlət proqramının qəbulu ölkə başçısının narahatlqıla vurğuladığı paytaxta axının qarşısının alınmasında mühüm rol oynaya bilər", - komitə sədri qeyd edib.
00:18 / 13 Noyabr 2026
26
23:53 / 12 Noyabr 2026
333
23:51 / 12 Noyabr 2026
53
23:40 / 12 Noyabr 2026
98
23:34 / 12 Noyabr 2026
76
23:24 / 12 Noyabr 2026
413
23:20 / 12 Noyabr 2026
76
23:19 / 12 Noyabr 2026
76
23:18 / 12 Noyabr 2026
81
23:12 / 12 Noyabr 2026
81
23:03 / 12 Noyabr 2026
86
23:02 / 12 Noyabr 2026
176
22:59 / 12 Noyabr 2026
82
22:55 / 12 Noyabr 2026
93
22:49 / 12 Noyabr 2026
111
22:40 / 12 Noyabr 2026
90
22:24 / 12 Noyabr 2026
153
22:21 / 12 Noyabr 2026
98
22:13 / 12 Noyabr 2026
110
21:55 / 12 Noyabr 2026
102
21:39 / 12 Noyabr 2026
111
21:26 / 12 Noyabr 2026
1255
21:19 / 12 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.