Qaynar xətt:

(+99450) 247 90 86

Baş prokurorun qəbuluna getmək istəyənlərin NƏZƏRİNƏ!

Baş prokurorun qəbuluna getmək istəyənlərin NƏZƏRİNƏ!

HÜQUQ

38

13.11.2026, 11:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baş prokuror Kamran Əliyev noyabrın 20-də saat 10:00-da Binəqədi rayon prokurorluğunun inzibati binasında Binəqədi rayon sakinlərini qəbul edəcək.

Bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kamran Əliyev rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciəti və ya şikayəti olan vətəndaşları dinləyəcək.

"Vətəndaşlar qəbulla bağlı Binəqədi rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin və Bakı şəhər prokurorluğunun telefonları, həmçinin elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə də qəbula yazıla bilərlər", - məlumatda qeyd olunub.