Qaynar xətt:

(+99450) 247 90 86

Əliyevin Ərdoğanla səmimi təmasları  mühüm siyasi və diplomatik məna daşıyır -DEPUTAT

Əliyevin Ərdoğanla səmimi təmasları  mühüm siyasi və diplomatik məna daşıyır -DEPUTAT

SİYASƏT

49

13.11.2026, 10:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan və Türkiyə münasibətləri adi dövlətlərarası əlaqələrin fövqündə dayanan, ortaq tarixə, milli-mənəvi dəyərlərə və xalqlarımızın sarsılmaz qardaşlığına əsaslanan müttəfiqlik nümunəsidir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu münasibətlərin mahiyyətini ən dolğun şəkildə ifadə edir.

Bu sözləri Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Oxu24.com-a açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, bu fəlsəfə illər ərzində yalnız sözlə deyil, ən çətin məqamlarda nümayiş etdirilən qarşılıqlı dəstək və həmrəyliklə öz təsdiqini tapıb.

Prezident İlham Əliyevin birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Türkiyədə keçirilən COP31 Liderlər Sammitində iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla səmimi təmasları da bu baxımdan mühüm siyasi və diplomatik məna daşıyır. Dövlət başçılarının bir araya gəlməsi iki ölkə arasında dialoqun, qarşılıqlı etimadın və strateji müttəfiqliyin davamlılığının ifadəsi kimi dəyərləndirilə bilər.

Deputatın sözlərinə görə, xüsusilə son günlər Azərbaycan–Türkiyə münasibətləri ətrafında aparılan müzakirələr fonunda bu görüşün əhəmiyyəti daha aydın görünür. Hesab edirəm ki, Azərbaycanla Türkiyənin münasibətlərini ayrı-ayrı hadisələrin və müvəqqəti fikir ayrılıqlarının yaratdığı təəssüratlarla qiymətləndirmək doğru deyil. Qardaşlıq hər məsələdə eyni düşünmək deyil, fərqli yanaşmalar olduqda belə, bir-birinin yanında dayanmağı və qarşılıqlı hörməti qorumağı bacarmaqdır.

Ülviyyə Həmzəyeva vurğulayıb ki, bu münasibətlərin möhkəmliyini tarix də sübut edib. Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək, Türkiyədə baş vermiş dağıdıcı zəlzələlər zamanı isə Azərbaycanın göstərdiyi həmrəylik xalqlarımızın bir-birinə nə qədər bağlı olduğunu nümayiş etdirdi. Bizim üçün Türkiyənin sevinci də, ağrısı da doğmadır. Eyni hissləri Azərbaycanla bağlı qardaş Türkiyədə də görmüşük. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış dostluq və qarşılıqlı etimad münasibətləri bu tarixi bağlılığın siyasi müstəvidə möhkəmlənməsinə mühüm töhfə verir. 

Deputat sonda əlavə edib ki, Şuşa Bəyannaməsi isə qardaşlığımızı strateji müttəfiqlik səviyyəsində rəsmiləşdirərək əməkdaşlığımızın uzunmüddətli əsaslarını müəyyənləşdirib.

Əsas mesaj ondan ibarətdir ki, Azərbaycan və Türkiyəni birləşdirən bağlar hansısa siyasi gündəmdən və ya ayrı-ayrı hadisələrdən asılı deyil. Bu birlik tarixin sınağından çıxıb, xalqlarımızın iradəsinə söykənir və ortaq gələcəyə xidmət edir.

“Bir millət, iki dövlət” bizim üçün yalnız keçmişdən miras qalan dəyər deyil, bu gün qoruduğumuz və gələcək nəsillərə ötürəcəyimiz qardaşlıq əmanətidir.

Turan Etibaroğlu