Qaynar xətt:

(+99450) 247 90 86

DTX əməliyyat keçirib:Tutulan şəxsin kimliyi ŞOK ETDİ

DTX əməliyyat keçirib:Tutulan şəxsin kimliyi ŞOK ETDİ

KRİMİNAL

157

13.11.2026, 09:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kriminal aləmdə “Boyunlar” qrupu kimi tanınan cinayətkar qruplaşmanın rəhbərlərindən biri, barəsində 48 iş üzrə həbs qərarı olan Mehmet Recep Demir Azərbaycanda tutulub.

Oxu24.com  xəbər verir ki, bu barədə Anadolu Agentliyi və Türkiyənin digər media qurumları rəsmi dövlət orqanlarına istinadən məlumat yayıb.

Bir neçə ay əvvəl Demirin Azərbaycana gizli keçdiyi barədə məlumatlar yayılmışdı. Daha sonra isə onun Azərbaycanda guya silahlı hücum nəticəsində həyatını itirdiyi barədə məlumatlar yayılsa da, bunun yalan olduğu və təqiblərdən yayınmaq üçün qəsdən yayıldığı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mehmet Recep Demirin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycanda gizləndiyi müəyyən edilərək həbs edildiyi və məhkəmə qərarı ilə DTX təcridxanasında saxlanıldığı müəyyən edilib.

Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Avropa və Asiya məkanında şəbəkəyə çevrilmiş “Boyunlar” (və ondan ayrılmış “Daltonlar”) kriminal təşkilatı barədə istintaq aparılır.

“Türkiyə Baş Prokurorluğu Demirin barəsində ekstradisiya sorğusu hazırlayıb Azərbaycanın məhkəmə-hüquq orqanlarına göndərib.” - məlumatda bildirilir.