Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10963
az

Məşhur estetik cərrah gənc qızın burnunu pis hala saldı- FOTO

20:4415 Mart, 2019
1356
TİBB
  • A
 
Rinoplastika – burunun estetik əməliyyatı Azərbaycanda son illər  geniş yayılmış əməliyyatlardan biridir. Bəzən tibbi baxımdan əməliyyata göstəriş olmasa belə, gənc qızlar gözəllik naminə bu əməliyyata razı olurlar. Amma bəzən bu əməliyyatlar nəticəsində ciddi fəsadlar ortaya çıxır; uğursuz estetik əməliyyatlar nəticəsində xanımlar gözəlləşmək əvəzinə daha çirkinləşir və ya sağlamlıqlarına ağır ziyanlar vurulur.

Müraciət edən 27 yaşlı Sevinc Naibova da uğursuz estetik əməliyyatdan əziyyət çəkən şəxslərdən biridir. O, 2018-ci ilin sentyabr ayında əməliyyat olunub. Həkim Fərid Şahverdiyev burnun qalın dərili olduğunu, buna baxmayaraq istədiyi burunu düzəldəcəyi barədə söz verib.

"Əməliyyatdan sonra evdə burnuma dərman tökəndə hiss edirdim ki, birinə rahat getsə də, digərindən axıb yerə tökülür. 8 gün sonra tikişi sökdürməyə gedəndə həkim tikişi söksə də, burnuma baxmağa imkan vermədi. Yenidən plastır yapışdırdı.  10 gün sonra yenidən xəstəxanaya getdim, çünki burnumda sökülməyən tikişlər qalmışdı. Həkim dedi, ola bilər, yəqin görməmişəm. Bu dəfə müayinədə gördüm ki, burnumun dəlikləri fərqlidir - biri iri, biri balaca. Həkim dedi, şişdir, narahat olmayın, düzələcək.

Amma əksinə oldu. Günü-gündən burnumun bir dəliyi kiçilir, yığılır, burnumun ucu enirdi. Burnumun şəklini çəkib həkimə göndərdim. Dedi narahat olmayın, gəlin baxım. Baxıb özü də dedi ki, burnunuz çöküb, yerli keyitməylə düzəldərəm, amma 6 ay sonra”.

6 ay ərzində nəfəsalması daha da pisləşən pasiyent, bu problemin aradan qaldırılması üçün ikinci əməliyyata razı olsa da, həkim əməliyyat yox, gellə düzəliş etməyi təklif edir.

"Dedim, həkim, görünüşü heç, axı nəfəs ala bilmirəm. Hava burnumdan rahat keçmir. Əvvəl belə deyildi. Mənə dedi, hava burundan dolayı yolla getməlidir, birbaşa getsə, beyinə ziyandır. Düzü belə bir şey ilk dəfə idi eşidirdim. Mən gel ilə korreksiyaya razı olmadım. Məni narahat edən nəfəsdir, həkim isə sözlərimi qulaqardına vurur, zəng edəndə kobud cavab verirdi.

Biz dedik, bu problemi düzəltmək üçün əməliyyat etmirsizsə, onda heç olmasa pulun yarısını geri qaytarın, gedim başqa Lor həkimdə etdirim. Ona da razı olmur. Deyir, gedin nə edirsiz edin, hara deyirsiz deyin”.

Pasiyent son əlac kimi əməliyyat olunduğu klinikanın baş həkiminə bu barədə məlumat verir. Ordan da yenidən həkimin üzərinə yönəldiblər ki, danışıb ortaq məxrəcə gəlin.

"Həkim isə nə pulumuzu verir, nə səhvini düzəldir. Deyir, gedin hara şikayət edirsiz edin. Mən də problem ictimailəşdirmək qərarına gəldim. Əməliyyat Real hospitalda olmuşdu, amma indi Fərid Şahverdiyev ordan çıxıb, başqa klinikaya gedib.

Mənim burnumun həm estetik, həm nəfəs problemini düzəltmək üçün ikinci əməliyyata ehtiyacı var. Bunu sonradan müraciət etdiyim 2 həkim də deyib. 1 il keçdikdən sonra əməliyyat edə biləcəklər. Amma ona da vəsait lazımdır. Mən əməliyyatdan boşuna narazı deyiləm. Burnum göz qarşısındadır, əyridir, nəfəs də ala bilmirəm. Bir insanın doğru-düzgün nəfəs almaması ona hərtərəfli ziyandır. Tələbimiz odur ki,  həkim əməliyyata ödədiyimiz 1050 manat pulu qaytarsın”.
 
Məsələ ilə bağlı Lor cərrah Fərid Şahverdiyevlə əlaqə saxlayaraq, onun pasiyentin iddiasına münasibəti və əməliyyat barədə fikirlərini əldə etməyə çalışsaq da, o, kobud şəkildə cavab verməkdən imtina etdi.Medicina.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi