Qaynar xətt:

(+99450) 247 90 86

“Atam 4 gün reanimasiyada qaldı, ürək damarı dəyişilib”

“Atam 4 gün reanimasiyada qaldı, ürək damarı dəyişilib”

ŞOU-BİZNES

742

01.03.2022, 23:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Atam 1 həftə öncə ürəyindən əməliyyat olunub. Açıq ürək əməliyyatı keçirdi, ürəyinin 4 damarı dəyişilib. Vəziyyəti çox ağır idi, ürəyinin damarları tutulmuşdu. Xəstəxanada Covid-19 virusuna görə ehtiyat edib, evə gətirmişik. 4 gün reanimasiyada qalmışdı”.
 

Bunu OXU24.COM-a açıqlamasında tanınmış aşıq Əhliman Rəhimovun qızı Nəzri Rəhimova bildirib. O, daha sonra əlavə edib.

“Həkim Kamran Musayev çox sağ olsun. Çox ağır və çətin əməliyyatı həyata keçirdi. Çünki ürək süni aparata qoşulurdu, əməliyyat sonrası ürəyi sonra yerinə bərpa edirdilər. Allah onu bizə yenidən bağışladı. Atamın nəfəsi bizə yetər” deyə aşığın qızı bildirib.