Avtobuslarla bağlı XƏBƏRDARLIQ
03 Noyabr 2026, 19:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
85
03.11.2026, 18:40
Konstitusiya Məhkəməsində Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq çərçivəsində məhkəmənin əməkdaşları üçün nəzərdə tutulmuş "Dövlət idarəçiliyində rəqəmsal transformasiya" mövzusunda təlim proqramının başlanması ilə əlaqədar tədbir keçirilib.
Bu barədə Oxu24.com - a Konstitusiya Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, tədbirin açılışında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək iştirakçıları 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Sədr bu əlamətdar günlərin xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və dövlətçilik əzminin təcəssümü olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələndiyini, xalqımızın milli birliyini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıb. Bu möhtəşəm Qələbənin gələcək nəsillər üçün qürur və iftixar mənbəyi olduğunu bildirib.
Həmçinin Dövlət Bayrağı Gününün əhəmiyyətini qeyd edən Fərhad Abdullayev üçrəngli bayrağımızın müstəqilliyimizin, milli kimliyimizin, azadlıq və suverenliyimizin rəmzi kimi Vətənimizin hər bir guşəsində qürurla dalğalanmasının xalqımızın tarixi qələbəsinin və əbədi dövlətçilik iradəsinin təcəssümü olduğunu diqqətə çatdırıb.
Sonra sədr rəqəmsal texnologiyaların sürətli inkişafının dövlət idarəçiliyində yaratdığı yeni imkanlar, idarəetmə proseslərinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin əhəmiyyəti, eləcə də dövlət qulluqçularının rəqəmsal bilik və bacarıqlarının artırılmasının aktuallığı ilə bağlı fikirlər səsləndirib. Habelə süni intellekt texnologiyalarının dövlət orqanlarının fəaliyyətində tətbiqinin perspektivləri, bu sahədə mövcud imkanlar və çağırışlar barədə fikirlərini bölüşüb.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov Konstitusiya Məhkəməsinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirərək, hər iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. Rektor tədbir iştirakçılarını əlamətdar günlər münasibətilə təbrik edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının milli tariximizin ən mühüm hadisələrindən biri kimi daim ehtiramla xatırlanacağını vurğulayıb, üçrəngli Dövlət Bayrağımızın xalqımızın azadlıq, müstəqillik və milli həmrəylik ideallarını özündə ehtiva etdiyini bildirib.
Daha sonra akademik Urxan Ələkbərov "Müasir dövlət idarəçiliyində süni intellekt və rəqəmsallaşma" mövzusunda geniş mühazirə ilə çıxış edib. Mühazirədə süni intellekt və rəqəmsal texnologiyaların dövlət idarəçiliyində tətbiqi, idarəetmənin səmərəliliyinin artırılmasında rolu, habelə müasir texnoloji həllərin dövlət qurumlarının fəaliyyətinə inteqrasiyası ilə bağlı məsələlərə toxunulub.
Noyabrın 3-dən dekabrın 8-dək Konstitusiya Məhkəməsində keçiriləcək təlim proqramı əməkdaşların rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir informasiya texnologiyalarından səmərəli istifadə imkanlarının genişləndirilməsi, eləcə də süni intellekt, məlumatların idarəolunması və kibertəhlükəsizlik sahələrində biliklərinin artırılması məqsədilə təşkil edilib. Proqram çərçivəsində rəqəmsal transformasiya, proaktiv idarəetmə, data analitikası, süni intellekt metodları, dövlət informasiya sistemləri və rəqəmsal infrastrukturun təhlükəsizliyi kimi aktual mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur.
Həmçinin oxuyun
19:39 / 03 Noyabr 2026
1
19:32 / 03 Noyabr 2026
65
19:29 / 03 Noyabr 2026
25
19:25 / 03 Noyabr 2026
72
19:18 / 03 Noyabr 2026
51
19:12 / 03 Noyabr 2026
483
19:04 / 03 Noyabr 2026
41
18:59 / 03 Noyabr 2026
84
18:53 / 03 Noyabr 2026
385
18:49 / 03 Noyabr 2026
111
18:33 / 03 Noyabr 2026
80
17:53 / 03 Noyabr 2026
645
17:51 / 03 Noyabr 2026
101
17:35 / 03 Noyabr 2026
111
17:10 / 03 Noyabr 2026
127
16:56 / 03 Noyabr 2026
130
16:51 / 03 Noyabr 2026
347
16:43 / 03 Noyabr 2026
138
16:35 / 03 Noyabr 2026
368
16:31 / 03 Noyabr 2026
270
16:23 / 03 Noyabr 2026
913
16:21 / 03 Noyabr 2026
214
16:13 / 03 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.