Qaynar xətt:

(+99450) 247 90 86

İşə düzəlmək istəyən gənclərin ən böyük PROBLEMİ: "Staj" məsələsi...

İşə düzəlmək istəyən gənclərin ən böyük PROBLEMİ: \"Staj\" məsələsi...

CƏMİYYƏT

57

03.11.2026, 20:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İşə qəbul üçün təcrübə tələb olunur, bəs gənclər təcrübəni haradan qazansın? 

Hazırda əmək bazarında gənclərin məşğulluğu ilə bağlı əsas çətinliklərdən biri işə qəbul prosesində təcrübəyə üstünlük verilməsidir. Belə ki, bir çox işəgötürən vakansiyalar üzrə namizədlərdən ən azı 1-3 illik iş təcrübəsi gözləyir. Bu tələb isə ali təhsilini yeni başa vurmuş və ya təhsil aldığı müddətdə işləmək istəyən gənclərin əmək bazarına daxil olmasını çətinləşdirir. Nəticədə, gənclər işə qəbul olunmaq üçün tələb edilən təcrübəni əldə etmək imkanından məhrum qalır, təcrübə qazanmaq üçün isə əvvəlcə işlə təmin olunmağa ehtiyac duyurlar. Beləliklə, problem bir növ çıxılmaz vəziyyətə çevrilir.

Çıxılmaz vəziyyətdən kim məsuldur — gəncləri təcrübəsiz işə götürmək istəməyən işəgötürənlər, yoxsa tələbələrə real iş vərdişləri aşılamayan təhsil müəssisələri?

Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli saytımıza açıqlama verib. 

Ekspert bildirib ki, artıq süni intellektin inkişaf etdiyi bir dövrdə əmək bazarı problemi təkcə təhsil ocaqları üçün deyil, dünya üçün artıq problemə çevrilib:

“Ali təhsil müəssisələrini bitirən hər bir məzun əmək bazarında özünə yer tapmaq üçün bitirdiyi ixtisas üzrə tam təkminləşməli, bilik bacarıqlarını mənimsəməlidir. Amma bəzi hallarda bizim ali təhsil müəssisələri bu standartlara da cavab vermir. Məsələn, elə universitetlərimiz var ki, hazırladığı mütəxəssislərə laboratoriya şəraiti, praktiki biliklər aşılamaq, məsələn, hansısa bir idarə, böyük müəssisə ilə, fabriklə əlaqələrinin zəif olması nəticədə həmin tələbənin məzun olandan sonra praktiki biliklərinin zəif olması ilə müşahidə olunur ki, bu da əmək bazarında tələb olunan standartları, şərtləri ödəmir”.

Ekspert hesab edir ki, ona görə də bu gün Azərbaycan ali təhsil müəssisələrindən məzun olanların əksəriyyəti faktiki olaraq işsizdir. Bu həm əmək bazarının məhdud olması ilə əlaqədardır, həm də lazımi bazar tələbini ödəməyən səviyyədə məzun olmaları ilə əlaqədardır:

“Azərbaycanda artıq neçə müddətdir ki, belə bir qərar qəbul olunur ki, təcrübə keçdikləri dövr tələbələr üçün əmək stajı sayılacaq. Bunun üçün də artıq məzun olanlara əmək bazarında belə tələb qoyulmayacaq ki, neçə il iş təcrübəsi var”.

Məzahir Məmmədli qeyd edib ki, tələbə yeni məzun olur, amma ona ilkin olaraq belə şərt qoyulur ki, bizə təcrübəli biri lazımdır. Bu baxımdan əmək məcəlləsindəki müəyyən dəyişiklikdən sonra artıq ali təhsil müəssisələrindən təcrübə keçən tələbələrə, həm də həmin müddət iş stajı kimi sayılacaq. 

Ekspertin sözlərinə görə, bu gün vacib sayılan əsas ixtisaslar var ki, məsələn, kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları və bir çox belə sahələr var ki, sənayedə, fabrik zavodda tətbiqi, tətbiqinə ehtiyac olan, onlar üçün Azərbaycan universitetləri kadrlar hazırlaya bilmir. Nəticədə də məzunlar daha çox xaricdən müəyyən proqramlar, mütəxəssislər, yaxşı mütəxəssislərin reputasiyası hesabına müəyyən biliklər əldə edirlər ki, bunlar artıq o şəxslər özlərində işləyən şəxslər əmək bazarında hər hansı bir maneə ilə rastlaşmırlar:

“Əlbəttə ki, burada işəgötürənləri də haqlı saymaq olar o baxımdan ki, o təkcə diplomu var deyə işə götürməməlidir, onun biliyini, bacarığını, o sahə üzrə kompetensiyalarını araşdırdıqdan sonra işə götürməlidir və bu gün əmək bazarının məhdudluğu da məzunlarımız üçün çox ciddi problem yaradır”.

Ekspert sonda əlavə edib ki, əmək bazarında yaranan mövcud vəziyyət artıq müəllimlik ixtisasına da təsir göstərməyə başlayıb:

“Əvvəlki illərlə müqayisədə müəllimlər üçün mövcud olan iş imkanları da müəyyən qədər məhdudlaşır. Bu tendensiyanın gələcəkdə ali təhsil müəssisələrinə tələbə qəbulunun sayına da təsir edəcəyi gözlənilir. Əmək bazarının tələbləri dəyişdikcə, yalnız ali təhsil diplomuna malik olmaq işlə təminat üçün kifayət etməyəcək. Əsas üstünlük müvafiq sahə üzrə zəruri bilik və praktiki bacarıqlara yiyələnmiş namizədlərə veriləcək”.

Çimnaz Telmanqızı