"İpək Yolu Sığorta" nizamnamə kapitalını 2 dəfə artırır
03 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
86
03.11.2026, 16:43
Noyabrın 2-də "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılıği ilə Quba rayon Tarix-diyarşünaslıq Muzeyində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Şanlı Zəfər Tariximiz" adlı layihəsinin növbəti tədbiri keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, məktəblərin müəllim və şagird kollektivləri iştirak edib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü , suverenliyi uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir çərçivəsində Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarını, xalqımızın birliyini və qələbəyə olan inamını əks etdirən videoçarx nümayiş etdirilib.
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək qeyd edib ki, erməni işğalçıları üzərində qazanılan tarixi qələbənin altıncı ildönümü tamam olur. Bu möhtəşəm qələbə heç də asan əldə olunmamışdır, xalqımız 30 il ərzində minlərlə şəhid vermiş, minlərlə gəncimiz sağlamlığını itirmişdir. 2020-ci ilin sentyabrın 27-də başlayan və cəmi 44 günə başa çatan Tarixi Qələbə Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu. Bu müddətdə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini gözlədi. Xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. Bu birlik bizi Qarabağa qaytardı və 8 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı.
Çıxış edənlər - Quba Rayon İH İctimai-siyasi və Humanitar məsələlər sektorunun baş məsləhətçisi Aynurə Yəhyayeva, YAP əməkdaşı Əhməd Baloğlanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü yazıçı-jurnalist Raziyə Kamilqızı, şəhid Rəvan Əliyevin anası Quba rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Mehriban Əliyeva, Quba rayon Uşaq musiqi məktəbinin direktoru İlqar Məmmədov, şəhid Səttar Piriyevin anası Ofeliya xanım, şəhid Seymur Qocayevin anası Rəsmiyyə xanım,
şəhid Tamerlan Əliyevin anası Zümrüd xanım, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd etmiş, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışmış, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə, eyni zamanda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirin təşkil olunmasına minnətdarlıqlarını bildiriblər. Yazıçı Raziyə Kamilqızı şəhidlərin xatirəsinə həsr etdiyi kitabları muzeyə və qonaqlara təqdim edib.
Quba rayon Uşaq musiqi məktəbinin xor kollektivinin
ifasında Vətən və Azərbaycan haqqında mahnılar ifa edilib.
Sonda xatirə şəkilləri çəkilib. Tədbir şəhid ailələri ilə çay süfrəsində davam etdirilib.
17:10 / 03 Noyabr 2026
61
16:56 / 03 Noyabr 2026
89
16:51 / 03 Noyabr 2026
160
16:35 / 03 Noyabr 2026
164
16:31 / 03 Noyabr 2026
127
16:23 / 03 Noyabr 2026
529
16:21 / 03 Noyabr 2026
136
16:13 / 03 Noyabr 2026
130
16:01 / 03 Noyabr 2026
212
15:55 / 03 Noyabr 2026
157
15:52 / 03 Noyabr 2026
83
15:20 / 03 Noyabr 2026
132
15:05 / 03 Noyabr 2026
135
14:50 / 03 Noyabr 2026
145
14:50 / 03 Noyabr 2026
154
14:30 / 03 Noyabr 2026
219
14:24 / 03 Noyabr 2026
268
14:21 / 03 Noyabr 2026
254
14:15 / 03 Noyabr 2026
164
13:53 / 03 Noyabr 2026
139
13:49 / 03 Noyabr 2026
170
13:37 / 03 Noyabr 2026
583
13:25 / 03 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.