Kabinetdə iki qadın müğənni ilə nə baş verib? - Bəxtiyar Dalinin həbsinin ŞOK SƏBƏBİ
03 Noyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
164
03.11.2026, 19:25
Novxanıdakı “milyonluq villa”nın sahibi Bəxtiyar Dalinin həbsi ilə bağlı özəl xəbərimiz ölkə gündəmini zəbt edib.
Oxu24.com xəbər verir ki, xəbər yayıldıqdan sonra hadisə və xüsusən zərərçəkmiş qadınla bağlı müxtəlif iddialar səsləndirilib.
Adının açıqlanmasını istəməyən zərərçəkmiş vəkili Vüqar Əliyev vasitəsilə saytımıza açıqlama göndərib.
Vəkilin sözlərinə görə, Bəxtiyar Dalidən əlavə, daha 2 nəfər də cinayətdə iştirak edib:
“Bəxtiyar da daxil olmaqla 3 nəfər bağ evində qadını zorlamaq istəyib. Qız onların əlindən qaçdıqdan sonra polisə şikayət edib. İstintaq başlayandan sonra Bəxtiyar Dali həbs edilib, ikinci şəxs ölkədən qaçdığı üçün axtarışa verilib, digər şəxslə bağlı isə araşdırma davam edir.
“Qafqazinfo”da xəbər yayıldıqdan sonra bəziləri hadisənin restoranda baş verdiyini, guya qızın müğənni olduğunu iddia edir.
Bu, əsassız söhbətdir. Müvəkkilim olan həmin qadın müğənni deyil, hadisə də restoranda baş verməyib”.
Vüqar Əliyev hadisə ilə bağlı əlavə məlumat yayılarkən həssas davranmağa, xüsusən zərərçəkmiş şəxsin şəxsiyyəti və fəaliyyəti barədə iddialar irəli sürməkdən çəkinməyə çağırıb.
Vəkil qeyd edib ki, hazırda ibtidai istintaq davam edir, prokurorluq işi hərtərəfli araşdırır.
Qafqazinfo
20:27 / 03 Noyabr 2026
8
20:20 / 03 Noyabr 2026
31
20:19 / 03 Noyabr 2026
33
20:09 / 03 Noyabr 2026
45
20:00 / 03 Noyabr 2026
54
19:49 / 03 Noyabr 2026
339
19:39 / 03 Noyabr 2026
74
19:39 / 03 Noyabr 2026
83
19:32 / 03 Noyabr 2026
489
19:29 / 03 Noyabr 2026
74
19:18 / 03 Noyabr 2026
113
19:12 / 03 Noyabr 2026
980
19:04 / 03 Noyabr 2026
78
18:59 / 03 Noyabr 2026
136
18:53 / 03 Noyabr 2026
535
18:49 / 03 Noyabr 2026
151
18:40 / 03 Noyabr 2026
113
18:33 / 03 Noyabr 2026
117
17:53 / 03 Noyabr 2026
759
17:51 / 03 Noyabr 2026
126
17:35 / 03 Noyabr 2026
141
17:10 / 03 Noyabr 2026
148
16:56 / 03 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.