Qaynar xətt:

(+99450) 247 90 86

Əli Əsədov yeni qərar İMZALAYIB

Əli Əsədov yeni qərar İMZALAYIB

CƏMİYYƏT

84

03.11.2026, 20:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası"na uyğun olaraq hüquqi şəxslər tərəfindən idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması zamanı hüquqi şəxsin fəaliyyətinin səmərəlilik əmsalı (FSƏ) meyar kimi istifadə edilməyəcək.