İran Avropanın bu ölkələrini vuracaq - Xəbərdarlıq
03 Noyabr 2026, 10:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
388
03.11.2026, 18:53
Ermənistanın Sünik vilayətinin Şəki kəndində saxlanılan azərbaycanlı hərbi qulluqçu Nəsimi Musayev dindirilib və ifadə verib.
Oxu24.com xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, azərbaycanlı hərbçi sərhədi keçməsinin səbəbini izah edib.
“Həmin şəxs bildirib ki, ərazidə duman olub və yolunu azıb. O, hadisə zamanı necə atəş açdığını da danışıb. Yalnız onu deyə bilərəm ki, onun öldürmək niyyəti olmayıb”, – deyə Poqosyan vurğulayıb.
Komitə sədri istintaqın maraqlarını əsas gətirərək digər təfərrüatları açıqlamayıb.
O bildirib ki, məsələ ilə bağlı Ermənistan parlamentində qapalı görüş keçiriləcək.
Poqosyan azərbaycanlı hərbçini müdafiə etmək niyyətində olmadığını da qeyd edib.
“Şəxs yolunu azaraq həmin əraziyə gəlib, bir ev görüb, pəncərəni sındıraraq içəri daxil olub və yemək hazırlayıb. Uşaqlar evə daxil olduqda telefonlarını əllərindən alıb, lakin saatlarla onlara xəsarət yetirməyib”, – deyə o bildirib.
Qeyd edək ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın Sünik vilayətinin Şəki kəndində saxlanılıb. Ermənistan tərəfi onun barəsində cinayət işi başladığını və iki aylıq həbs qətimkan tədbiri seçildiyini açıqlayıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Həmçinin oxuyun
19:39 / 03 Noyabr 2026
1
19:32 / 03 Noyabr 2026
65
19:29 / 03 Noyabr 2026
25
19:25 / 03 Noyabr 2026
72
19:18 / 03 Noyabr 2026
51
19:12 / 03 Noyabr 2026
483
19:04 / 03 Noyabr 2026
41
18:59 / 03 Noyabr 2026
84
18:49 / 03 Noyabr 2026
111
18:40 / 03 Noyabr 2026
82
18:33 / 03 Noyabr 2026
80
17:53 / 03 Noyabr 2026
645
17:51 / 03 Noyabr 2026
101
17:35 / 03 Noyabr 2026
111
17:10 / 03 Noyabr 2026
127
16:56 / 03 Noyabr 2026
130
16:51 / 03 Noyabr 2026
347
16:43 / 03 Noyabr 2026
138
16:35 / 03 Noyabr 2026
368
16:31 / 03 Noyabr 2026
270
16:23 / 03 Noyabr 2026
913
16:21 / 03 Noyabr 2026
214
16:13 / 03 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.