Zelenski danışıqlar üçün yenidən Moskvaya getməyə qarşı çıxıb
03 Noyabr 2026, 19:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
130
03.11.2026, 20:27
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin Müstəqillik Bəyannaməsini dövlət əleyhinə mətn adlandırması və oradakı ideologiyanın rədd edilməsini milli maraqlara uyğun qiymətləndirməsi ictimai-siyasi gündəmdə geniş müzakirələrə səbəb olub. Paşinyan bildirib ki, belə bir mətnlə müstəqil dövlətin olması qeyri-mümkündür və ölkə tariximizdən dərs çıxarmalıdır. Baş nazirin bu sərt açıqlamaları rəsmi İrəvanın siyasi kursunda və gələcək strategiyasında mühüm dəyişikliklərin olub-olmaması sualını aktuallaşdırır. Bu yanaşmanın Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşdırılmasına və sülh prosesinə necə təsir göstərəcəyi isə həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən diqqətlə izlənilir.
Mövzu ilə bağlı politoloq Əli Mustafa Oxu24.com-a açıqlama verib.
O bildirib ki, Paşinyan mətbuat konfransında ortaya elə bir mövqe qoydu ki, bununla da demək istədi ki, müstəqillik bəyannaməsi başqa dövlətlərə ərazi iddiaları irəli sürməklə əslində bir münaqişənin, ideoloji-siyasi qaynağın ortaya qoyur.
Politoloqun sözlərinə görə, burada həm Türkiyəyə, həm də Azərbaycana ərazi iddiaları var və bu ərazi iddiaları savaş, müharibə səbəbi deməkdir:
“Ermənistan isə Azərbaycan və Türkiyə ilə savaşaraq müstəqil dövlət ola bilməz, Paşinyan bunu anlayır. Baş nazir bu iddiaların olmasının Ermənistanın yox olması anlamına gəldiyini bildirir, çünki Azərbaycan belə təhdidlərdə Ermənistanı məğlub etmək imkanındadır, Türkiyənin dəstəyi isə Ermənistan dövlətinin mövcud olmamasına səbəb ola bilər”.
Əli Mustafa qeyd edib ki, Ermənistanın qədim Azərbaycan torpaqlarında yerləşməsi, Qərbi Azərbaycan ərazilərində var olması və oradan köçürülən azərbaycanlılar kimi məsələlər mövcuddur:
“Paşinyan dərk edir ki, bu gün Azərbaycana və qonşu dövlətlərə qarşı iddialar irəli sürmək özünün mövcudluğunu sual altına qoyur.O, cəmiyyətə belə bir mesaj verir ki, əgər yaşamaq istəyiriksə, başqalarına iddia irəli sürməməliyik, çünki bizim iddialarımız başqalarının bizə qarşı çıxması üçün həm də bir bəhanədir”.
Beləliklə, Paşinyanın Müstəqillik Bəyannaməsi ilə bağlı açıqlamaları Ermənistanın gələcək siyasi kursu, qonşu dövlətlərlə münasibətləri və regionda davamlı sülhün təmin olunması baxımından mühüm müzakirə mövzusu olaraq qalır. Rəsmi İrəvanın bu yanaşmanı konkret siyasi və hüquqi addımlarla davam etdirib-etdirməyəcəyi isə Ermənistan-Azərbaycan münasibətlərinin gələcək inkişafında, xüsusilə sülh prosesinin perspektivləri baxımından diqqət mərkəzində olacaq.
Çimnaz Telmanqızı
Həmçinin oxuyun
21:04 / 03 Noyabr 2026
9
21:02 / 03 Noyabr 2026
16
20:51 / 03 Noyabr 2026
34
20:49 / 03 Noyabr 2026
36
20:42 / 03 Noyabr 2026
35
20:39 / 03 Noyabr 2026
23
20:31 / 03 Noyabr 2026
65
20:28 / 03 Noyabr 2026
3180
20:20 / 03 Noyabr 2026
118
20:19 / 03 Noyabr 2026
81
20:09 / 03 Noyabr 2026
71
20:00 / 03 Noyabr 2026
79
19:49 / 03 Noyabr 2026
501
19:39 / 03 Noyabr 2026
93
19:39 / 03 Noyabr 2026
97
19:32 / 03 Noyabr 2026
604
19:29 / 03 Noyabr 2026
87
19:25 / 03 Noyabr 2026
192
19:18 / 03 Noyabr 2026
126
19:12 / 03 Noyabr 2026
1214
19:04 / 03 Noyabr 2026
86
18:59 / 03 Noyabr 2026
152
18:53 / 03 Noyabr 2026
610
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.