Natiq Nağıyev tutduğu vəzifədən azad edilib
03 Noyabr 2026, 20:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
490
03.11.2026, 19:32
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur.
Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiyac meyarının da 300 manatdan 314 manata çatdırılması təklif olunur.
Yaşayış minimumunun və ehtiyac meyarının artırılması əhalinin sosial təminatı, xüsusilə aztəminatlı ailələrə göstərilən dövlət dəstəyinin həcmi baxımından əhəmiyyət daşıyır. Yeni göstəricilərin təsdiqlənməsi ilə sosial müdafiə sistemində hansı dəyişikliklərin baş verəcəyi, sosial müavinətlərin və digər ödənişlərin məbləğində artım olub-olmayacağı diqqət mərkəzindədir.
Bəs 2027-ci ildə yaşayış minimumunun artırılması hansı sosial ödənişlərə təsir göstərəcək? Həmçinin gələn il sosial müavinətlərin və pensiyaların məbləğində təxminən neçə faizlik artım gözlənilir?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "AzPolitika"ya bildirib ki, yaşayış minimumunun və ehtiyac meyarının artırılması sosial müdafiə sistemində müəyyən ödənişlərə təsir göstərə bilər: "Ancaq biz burada bir məqamı fərqləndirməliyik. Belə ki, bu göstəricilərin artması bütün sosial müavinətlərin avtomatik olaraq eyni faizlə artırılması demək deyil. Bəzi sosial ödənişlər yaşayış minimumuna və ehtiyac meyarına bağlıdır, digərlərinin məbləği isə ayrıca qanunvericiliklə müəyyən edilir".
"2027-ci ildə yaşayış minimumunun 300 manatdan 314 manata, ehtiyac meyarının isə 300 manatdan 314 manata yüksəldilməsi nəzərdə tutulur. Bu, təxminən 4,7 faizlik artım deməkdir. Xüsusilə ünvanlı dövlət sosial yardımının hesablanmasında ehtiyac meyarının yüksəldilməsi aztəminatlı ailələrin yardım almaq imkanlarına və yardımın məbləğinə təsir edə bilər", -deyə ekspert bildirib.
İqtisadçı qeyd edib ki, sosial müavinətlərin ümumi artımına gəlincə, bunu indidən konkret faizlə ifadə etmək düzgün olmaz: "Çünki müavinətlərin artırılması ayrıca qərarlardan və büdcə imkanlarından asılıdır. Pensiyaların indeksləşdirilməsi də ayrıca mexanizmlə həyata keçirilir. Ona görə 4,7 faizlik artımı bütün sosial ödənişlərə şamil etmək olmaz. Əsas məsələ nominal artımla yanaşı, sosial ödənişlərin real alıcılıq qabiliyyətinin qorunmasıdır. Əgər qiymətlər sosial ödənişlərin artımından daha sürətlə yüksəlirsə, vətəndaşın gəlirindəki nominal artım onun həyat səviyyəsində ciddi yaxşılaşma yaratmaya bilər".
20:27 / 03 Noyabr 2026
8
20:20 / 03 Noyabr 2026
31
20:19 / 03 Noyabr 2026
33
20:09 / 03 Noyabr 2026
45
20:00 / 03 Noyabr 2026
54
19:49 / 03 Noyabr 2026
339
19:39 / 03 Noyabr 2026
74
19:39 / 03 Noyabr 2026
83
19:29 / 03 Noyabr 2026
74
19:25 / 03 Noyabr 2026
161
19:18 / 03 Noyabr 2026
113
19:12 / 03 Noyabr 2026
980
19:04 / 03 Noyabr 2026
78
18:59 / 03 Noyabr 2026
136
18:53 / 03 Noyabr 2026
535
18:49 / 03 Noyabr 2026
151
18:40 / 03 Noyabr 2026
113
18:33 / 03 Noyabr 2026
117
17:53 / 03 Noyabr 2026
759
17:51 / 03 Noyabr 2026
126
17:35 / 03 Noyabr 2026
141
17:10 / 03 Noyabr 2026
148
16:56 / 03 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.