Aygün Kazımova Moskvaya gedir
10 Noyabr 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1402
12.07.2021, 19:40
Son zamanlar ölkədə küçə adı “patı” yaxud “şüşə” adlandırılan narkotiklərlə bağlı sosial şəbəkələrdə tənqidi paylaşımlar çoxalıb. Belə paylaşımlar istər fərdi insanlar, istərsə də tanınmış şəxslər tərəfindən həyata keçirilir.
OXU24.COM Lent.az-a istinadən xəbər verir ki, tanınmış idmançı Kamil Zeynallı da özünün sosial şəbəkə hesabında bu barədə paylaşım edib. Onun bu paylaşımına izləyiciləri tərəfindən çoxlu rəylər yazılıb. Rəy yazanların çoxu "patı" satılan yerlərin ünvanlarını belə yazıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Lent.az-a bildirib ki, narkotiklərin qanunsuz satışı ilə məşğul olanlarla bağlı məlumatlı şəxslər nazirliyə müraciət etsinlər:
“Daxili İşlər Nazirliyi tərəfindən narkotik vasitələrin onlayn üsulla satışına qarşı mütəmadi mübarizə tədbirləri aparılır. Bu işdə vətəndaşların da köməyinə böyük ehtiyac var. Xahiş edirik ki, narkotiklərin qanunsuz satıldığı ünvanlarla bağlı məlumatı olanlar hansısa şəxslərin səhifəsinə deyil, birbaşa DİN-in və Baş Narkotiklərlə Mübarizə İdarəsinin “Instagram”, “Facebook”, “Twitter” sosial şəbəkəsindəki səhifələrinə yazsınlar. Müraciətlərin anonimliyi tam qorunacaq”.
Qeyd edək ki, DİN-in iyulun 9-da keçirilən kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov müraciət edərək narkotiklərə qarşı mübarizədə vətəndaşların, jurnalistlərin və blogerlərin köməyinə ehtiyac olduğunu bildirmişdi.
18:42 / 11 Noyabr 2026
168
18:39 / 11 Noyabr 2026
91
18:35 / 11 Noyabr 2026
99
18:30 / 11 Noyabr 2026
125
18:29 / 11 Noyabr 2026
131
18:23 / 11 Noyabr 2026
104
18:17 / 11 Noyabr 2026
149
18:13 / 11 Noyabr 2026
113
18:06 / 11 Noyabr 2026
534
18:01 / 11 Noyabr 2026
95
17:42 / 11 Noyabr 2026
250
17:40 / 11 Noyabr 2026
164
17:35 / 11 Noyabr 2026
297
17:16 / 11 Noyabr 2026
102
17:13 / 11 Noyabr 2026
211
17:12 / 11 Noyabr 2026
104
16:35 / 11 Noyabr 2026
116
16:07 / 11 Noyabr 2026
172
16:04 / 11 Noyabr 2026
405
16:01 / 11 Noyabr 2026
131
16:00 / 11 Noyabr 2026
112
15:50 / 11 Noyabr 2026
132
15:50 / 11 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.